Dövlət və dövlətçilik naminə: Vətənə nümunəvi xidmət! - Bahəddin Leysanov

Dövlət və dövlətçilik naminə: Vətənə nümunəvi xidmət! - Bahəddin Leysanov Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov - Mən 1985-ci ilin Avqust ayından Neftçala pambıqtəmizləmə zavodunda Direktor vəzifəsində çalışmışam. İşlədiyim müddətdə Kollegiyanın üzvü olmuşam. Hər il yaxşı işlədiyimizə görə zavodumuz keçici Qırmızı Bayraqla təltif olunub və mükafatlar almışıq.

1987,1988,1989-cu illərdə kənar rayonlardan, Biləsuvar (o vaxtki Puşkin) rayonunun Ağalıkənd və Bolqarçay məntəqələrindən, Beylaqan (Jdanov) rayonunun Azərbaycan və Sarısu məntəqələrindən, Ağcabədi rayonunun Ağcabədi,Hüsülü və Beylaqan məntəqələrindən hər il cəmi 60-62 ton pambıq qəbul etməklə yüksək keyfiyyətli mahlıc istehsal edib (QOST normasında) kapitalist ölkələrinə göndərmişik.

Neftçala işləyən pambıq zavodunun illik pambıq emal gücü başqa zavodlar kimi 40 min ton olub.Biz istirahət günləri də olmaqla, bütün il boyu Avqust ayının 10-15 nə kimi yüksək mahlıc emal etməklə göstərilənlərin öhdəsindən gəlmişik.Bizim zavodun layihəsi ilə tikilmiş eyni güclə olan respublikada heç bir zavod bir il ərzində bizim qədər pambıq emal etməmişdir.

1990-1991-ci illərdə Neftçala Xalq Deputatlar Sovetinin İcrayyə Komitəsinin Sədri vəzifəsində çalışmışam. Bu vəzifənin 1991-ci ildə Dövlət tərəfindən ləğv olunması və seçkili orqanda işlədiyim üçün yenidən 1991-ci ilin Noyabr ayından pambıq zavoduna Direktor vəzifəsinə qayıtmışam.

1994-cü ildə Respublikada yeganə bizim rayonda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə İsraildən yeni gətirilən “Akala” pambıq sortunu nəzarətimizlə əkmişik. Bununla əlaqədar 2 dəfə Ulu Öndərin qarşısında Prezident Aparatının akt zalında çıxış etmişəm. 1994,1995,1996-cı illərdə Kənd Təsərrüfatı Nazirliyindən Prezident Aparatında Ulu Öndər Heydər Əliyev tərəfindən keçirilən reformalarla əlaqədar kiçik qrup şəklində (15-20 nəfərlə) yığıncaqlarda iştirak etməklə Kənd Təsərrüfatı Nazirliyini təmsil edərək nümayəndə kimi təkliflərlə çıxış etmişəm. Həmin illərdə bizim zavodun göstəriciləri yaxşı olduğu üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni texnologiyalı İtaliya və Fransa dövlətlərin xarici, toxunmayan parça sexi tikilmiş və işləmişdir.

1997-ci ildə zavod Açıq Səhmdar Cəmiyyətə çevrildiyi zaman zavodda Sədr kimi fəaliyyət göstərdim. 2000-ci ilin Yanvar ayından nisbətən pambıq istehsalı Neftçalada azaldığından MKT Rəhbərliyi tərəfindən Salyan ASC-nin Sədri işləməklə Neftçala ASC-yə də Rəhbərlik etdim.

2016-cı ildə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Regionların iqtisadi inkişaf” proqramına uyğun olaraq Neftçalada pambıq istehsalı artdığına görə indiki Rəhbərliyin göstərişi ilə 2017-ci ilin May ayından “MKT Neftçala” filialında Direktor işləməyə başladım. Bu illərdə ildən ilə bütün sahələrdə şəxsən “MKT Sistehsalat Kommersiya” MMC-nin İdarə heyətinin Sədri Rövşən Həsənovun bizim Filiala göstərdiyi qayğı və diqqətin nəticəsində göstəricilərimiz artaraq yüksək olmaqla nəticədə 2018-ci ildə mən şirkət tərəfindən “İlin Direktoru” nominasiyasında Diplom ilə təltif olundum. Hal-hazırdada göstəricilərimiz və işimiz kollektivin birgə səyi nəticəsində göz qabağındadır. Bütün Rəhbərliyə və kollektivimə minnətdaram ki, bizi hörmətli edib, gözdən salmadılar. Söz verirəm ki, bu işlərin davamı olacaq.

Dövlət və dövlətçilik naminə: Vətənə nümunəvi xidmət! - Bahəddin Leysanov


“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.
Regionlarda yerləşən Pambıq Emalı, Qəbul Məntəqəsi və İnnovasiya filiallarından başqa “MKT İstehsalat Kommersiya” MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən "Bakı Tekstil Filialı" və "Mingəçevir Tekstil Parkı", Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən "Şirvan Yağ Emalı Zavodu" fəaliyyət göstərməkdədir.

“MKT İstehsalat Kommersiya” MMC tərəfdaşlarına və alıcılara öz mallarının yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına zəmanət verir. Cəmiyyət inkişaf dinamıkasını qorumaq üçün strateji əhəmiyyətli regional filiallarda əsaslı təmirlər, yenidənqurma işləri və modernizasiyalar həyata keçirir.

Zavod və müəssisələrə yeni və daha müasir Türkiyə, ABŞ, Özbəkistan Respublikası, İsveçrə və Ukrayna Respublikasında istehsal olunmuş avadanlıqlar, texniki vasitələr və mütəxəssislər cəlb edilir.

“MKT İstehsalat Kommersiya” MMC hazır məhsulları üzrə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi"ndən Uyğunluq Sertifikatı almışdır.

2021 mövsümündə cəmiyyət 45,7 min ha sahədən 29 s/ha xam pambıq istehsal etmişdir. 2021-ci ilin bütün ayları üzrə və 2022-ci ilin ilk rübü üzrə “MKT İstehsalat Kommersiya” MMC qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisəmizdə işçi sayısı 3200 nəfərdən çoxdur və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

Oxşar xəbərlər