Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf ede bilməz.” – deyən Ulu Öndərin təhsilin prioritet vəzifələrini ifadə edən bu sözləri böyük uzaqgörənliklə Azərbaycanın bu günündən parlaq gələcəyinə ünvanlanmışdır. Bu gələcəyi təmin etmək, Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür.Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və rolu vardır.
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
SDU-nun dosenti Eldar Məmmədovun 85 illik yubileyi qeyd olundu
Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, bütün varlığı ilə elmə tapınan insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Yüksək mənəvi ideyaları ilə tanınan belə ziyalıların həyat amalı ilk növbədə onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb. Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, cəmiyyətdə və tələbələri arasında rəğbət qazanmış belə ziyalılardan biri də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Eldar Məmmədovdur.
Bu günlərdə şərəfli ömür yolunun 85-ci pilləsinə-kamillik və müdriklik zirvəsinə yetişən alimin həyatının geridə qalan mənalı illəri ilə qürur duymağa tam haqqı çatır.
İyunun 3-də Sumqayıt Dövlət Universitetində dosent Eldar Məmmədovun 85 illik yubileyi qeyd olundu.
Yubiley münasibətilə SDU-nun rektoru professor Elxan Hüseynov Eldar Məmmədovu təbrik edərək alimin səmərəli elmi və pedaqoji fəaliyyətindən, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərindən danışdı. Bildirdi ki, ömrünün böyük bir hissəsini fizikanın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən dosent, onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir. Rektor çıxışının sonunda “Uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə və anadan olmasının 85 illik yubileyi munasibətilə” Eldar Məmmədova Fəxri fərman təqdim etdi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova yubilyarın həyat yolu və elmi fəaliyyəti barədə çıxış etdilər, görkəmli alimi yubileyi münasibətilə təbrik edərək, ona elmi fəaliyyətində uğurlar arzuladılar.
Sonda dosent Eldar Məmmədov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.