Sülhyaradıcı missiya..,barışdırıcı fəaliyyət...,kompromis qərarlar... Bu ifadələrin ən şox aid edildiyi təşkilat-ATƏT-in Minsk qrupu 30 il bundan əvvəl məhz Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həlli üçün yaradılmış və ötən bu illər ərzində mediada cəmləşən informasiyaya nəzər salsaq,bu qurumun ancaq ictimai fikri azdırmaq,heç bir iş görülmədiyi halda fəaliyyəti şişirtməklə məşğul olduğunu qənaətinə gəlmiş olarıq.Həqiqətən də bu qurum diplomatik etibarsızlıq,gözdən düşmüş imic qazanmağa başlamışdı.
Aprelin 12-də cənab prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr edimiş müşavirə keçirilmişdir.Müşavirədə daxili və xarici siyasət məsələləri,iqtisadi və sosial sahədə qazanılan uğurlar nəzərdən keçirilmiş,cəmiyyət həyatının müxtəlif sahələrində qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Müşavirə iştirakçılarının diqqətinə Minsk qrupunun fəaliyyəti,daha dəqiq ifadə etsək,fəaliyyətsizliyi faktorunu çatdıran cənab prezident hər şeydən öncə bu yaxınlarda ATƏT-in sədri ilə baş tutan görüşü barəsində qısa məlumat vermişdir.O bu beynəlxalq təşkilatın rəhbəri və onun aparıcı üzvləri tərəfindən Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda formalaşan geopolitik durumun artıq bir reallıq kimi qəbul edildiyini vurğulamışdır: “ATƏT yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir”.
II Qarabağ müharibəsinə qədər Minsk qrupu 28 il idi ki,fəaliyyət göstərirdi.Lakin bu 28 ildə qurum münaqişənin çözülməsi istiqamətində əhəmiyyətli heç nə edə bilmədi.Heç kəsə sirr deyil ki,həmsədrlərin Qarabağa ezamiyyəti günlərində erməni separatçıları ilə gizli sövdələşmələri də bəzən ifşa olunurdu.Dövlət başçısı bu haqda öz fikirlərini belə bəyan etmişdi”: Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib”.
Əlbəttə,Azərbaycan xalqı sülhsevər xalqdı,barış tərəfdarıdır.Lakin münaqişə edən qarşı tərəf bu nəcib hissləri qiymətləndirməyərək öz çirkin əməllərini davam etdirirdi.Buna görə də son çıxış yolu kimi xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək,düşməni tarixi torpaqlarımızdan qovdu,haqqı,ədaləti bərpa etdi.Belədə artıq Minsk qrupunun səmərəsiz fəaliyyətinə ehtiyac qalmadı.Minsk qrupu artıq tarixə qovuşmuşdur.
Dövlət başçımızın sözlərinə görə, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər: “Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək”.
Cənab prezident yekun olaraq artıq bu qurumun qeyri-funksional vəziyyətə düşdüyünü, bu gündən sonra nə ilə məşğul olacağının anlaşılmadığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb: “Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək”.
Bəli,siyasi sarkazm təsiri bağışlayan bu ifadələr əslində Minsk qrupu və onun həmsədrlər təşkilatının persona-non-qrata elan ediləsi deməkdir.Bunula yanaşı dövlət başçısı ATƏT-in özü ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsi istiqamətində fəaliyyətin müsbət tərəflərindən bəhs etmiş,onun qərarlarına hörmətlə yanaşılacağı fikrini döğrulamışdır:
“Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir”
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov