Quba İH başçısı Ziyəddin Əliyev
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir qrup rayon ictimaiyyətinin nümayəndələri ilə birgə Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə yaşayış məntəqələrinin yollarında təmir işlərinin aparılması ilə əlaqədar növbəti dəfə işlərin gedişatı ilə yerində tanış olmuş, inzibati ərazi dairəsi ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
"Açıq mikrofon" Qubada
"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev açıq mikrofonu ilə Qubada olub.
O, Quba İH başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədovla Barlı qəsəbəsində və Hacıqayıb kəndində olub, yeni salınan yaşayış massivlərində qazlaşmanın vəziyyəti ilə maraqlanıblar.
Daha sonra "Açıq mikrofon" Qubanın ucqar Cimi kəndində qurulub. Sakinlər dağ kəndində qazla bağlı çətinlik çəkdiklərini deyiblər.
Quba İH başçısı Ziyəddin Əliyev rayonda qazlaşma sahəsində görülən işləri qənaətbəxş hesab etdiyini deyərək ucqar kəndlərə də təbii qaz çəkilməsini xüsusi vurğulayıb.
Qeyd edib ki, rayonda bu istiqamətdə görülən işlər davamlı şəkildə aparılır.
Millət vəkili Vahid Əhmədov isə qaz olmayan kəndlərdə yaşayan seçicilərini ən çox narahat edən bu məsələnin həlli istiqamətində görülən işlərdən danışıb.
"Azəriqaz" rəsmisi sakinlərə vəd verərək bildirərək bildirib ki, Barlı qəsəbəsində və Hacıqayıb kəndində sentyabr ayının sonunadək qazlaşma işləri başa çatdırılacaq. Cimi kəndində isə qazlaşma işlərinə yaxın günlərdə başlanılacaq və ilin sonunda yekunlaşacaq.