Azərbaycanda inflyasiya 13%-i keçdi

Azərbaycanda inflyasiya 13%-i keçdi 2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvaravqust aylarına nisbətən 113,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9%, qeyri-ərzaq məhsulları üzrə 107,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110% təşkil etmişdir.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, Cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9%, əvvəlki ilin avqust ayına nisbətən 114,2% təşkil etmişdir.

Oxşar xəbərlər