Azərbaycanda inflyasiya 12% olub

Azərbaycanda inflyasiya 12% olub Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 112,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,0%, qeyri-ərzaq məhsulları üzrə 106,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1% təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1%, əvvəlki ilin mart ayına nisbətən 112,1% təşkil edib.

Bu ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin mart ayına nisbətən 116,8% təşkil edib.

Oxşar xəbərlər