Azərbaycanın müstəqillik qazanması və beynəlxalq münasibətlərin subyektinə çevrilməsi ilə onun xarici əlaqələrinin inkişafında sərhəd bölgəsində yerləşən Naxçıvanın da rolu artmış oldu. Ermənistanın Azərbaycana qarşı yeritdiyi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas ərazisi ilə birbaşa nəqliyyat-kommunikasiya əlaqələrindən məhrum olmuş və hazırda o, blokada şəraitində yaşamaqdadır. Buna görə də Azərbaycanın digər bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası öz səlahiyyətləri daxilində xarici əlaqələr qurmağa məcbur idi. Taleyin hökmü ilə ağır blokada şəraitində olan Naxçıvana rəhbərlik edən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının İran və Türkiyə dövlətləri ilə əlaqələri yaradıldı, Naxçıvanın həyati tələbatlarını ödəmək, kommunikasiya əlaqələrini bərpa etmək üçün protokollar imzalandı. Muxtar respublikaya rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyev əsasını qoyduğu xarici əlaqələr sayəsində bölgəni labüd fəlakətdən xilas etdi. Naxçıvanın о ağır dövründə qurduğu beynəlxalq əlaqələr muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitəyə çevrildi.
1991-ci il sentyabrın 3-də Ali Məclisin Sədri seçildikdən sonra Naxçıvan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. "Naxçıvan türk-islam dünyasına bir qapıdır" deyən Heydər Əliyev bu istiqamətdə ardıcıl, məqsədyönlü fəaliyyət göstərməyə başladı. Həmin il oktyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə arasında Araz çayı üzərində körpü müvəqqəti istifadəyə verildi. Həmin körpünün rəsmi açılışı mərasimində Ali Məclisin Sədri Heydər Əliyevlə bərabər Türkiyə hökumət dairələrinin nümayəndələri, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri də iştirak etdilər.
70 il ərzində bir-birlərinə həsrət qalan bu dost və qardaş ölkələr arasında ilk gediş-gəliş əlaqələri yaradıldı. 1991-ci il noyabrın əvvəllərində Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndə heyəti muxtar respublikaya səfər etmiş, səfər zamanı Ali Məclisin Sədri ilə Araz çayı üzərində avtomobil körpüsünün tikilməsi, keçid məntəqəsi yaradılması haqqında məsələlər müzakirə edilmiş, muxtar respublika Nazirlər Kabineti ilə həmin qurum arasında protokol tərtib edilmişdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müvəqqəti körpü istifadəyə verildikdən sonra Türkiyə hökuməti nümayəndələrinin, iş adamlarının, Naxçıvana səfərləri, muxtar respublikaya göstərilən yardımların həcmi artmışdı. Bu dövrdə Naxçıvan-Türkiyə əlaqələrinin inkişafında Heydər Əliyevin başçılığı ilə Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin qonşu ölkəyə səfərləri xüsusi rol oynadı. 1992-ci ilin martında Naxçıvanın ictimai-siyasi həyatında görünməmiş bir hadisə baş verdi. Türkiyənin о vaxtkı Baş naziri Süleyman Dəmirəlin göndərdiyi şəxsi təyyarə ilə Heydər Əliyevin dost ölkəyə işgüzar səfəri oldu. Səfər zamanı Türkiyə Respublikasının Prezidenti T. Özal, Baş nazir S. Dəmirəl ilə əhəmiyyətli görüşlər keçirildi. Görüşlərdə əsas müzakirə edilən məsələ, təbii ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyətlə bağlı olmuşdu. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında 1992-ci il mayın 28-də açılmış "Sədərək-Dilucu" körpüsü mühüm mərhələ oldu. Naxçıvan torpağı həmin gün böyük bayram əhval-ruhiyyəsi yaşadı. Naxçıvanın tarixində ilk dəfə olaraq dünyanın ən iri dövlətlərindən birinin - Türkiyənin Baş naziri birbaşa bu torpağa qonaq gəldi. Bu münasibətlə hava limanında qarşılanma mərasimi də böyük təntənəyə çevrildi. Həmin qarşılamada bir qədər əvvəl Naxçıvana xüsusi təyyarə ilə gəlmiş Türkiyənin 150 nəfərdən artıq yüksək çinli məmur və yaradıcı ziyalılarından ibarət nümayəndə heyəti da iştirak edirdi. Naxçıvan Hava Limanında Süleyman Dəmirəlı böyük məhəbbətlə salamlayan Ali Məclisin Sədri dedi: "İlk dəfə olaraq Türkiyənin Baş naziri bu qədim torpağa ayaq basır. Sayın Süleyman Dəmirəl və onu müşayiət edən şəxsləri bu gün burada qarşılamaq kimi bir xoşbəxtlik bizə nəsib olub". Baş nazir Süleyman Dəmirəl də Heydər Əliyevə, eləcə də naxçıvanlılara sonsuz sevgi və məhəbbətini bildirdi: "Şadam və xoşbəxtəm ki, bu gün naxçıvanlılarla görüşürəm, sizləri bağrıma basıram. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birgə olmuş və olacaqdır. Dərdinizə də, sevincinizə də şərik olmuşuq". Naxçıvan Muxtar Respublikasının ictimai, iqtisadi həyatında mühüm mərhələ olan və iki qardaş xalqın uzun illər qovuşmaq arzusunu yerinə yetirən "Ümid", "Həsrət" körpüsünün istifadəyə verilməsi böyük hadisəyə çevrildi. 1992-ci ilin iyulunda keçirilmiş Muxtar Respublika Ali Məclisinin Rəyasət Heyətinin iclasında körpünün istifadəyə verilməsi böyük tarixi hadisə kimi qiymətləndirilmiş, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, mədəni, əlaqələrin genişlənməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət edəcəyi bildirilmişdi. Rəyasət heyətinin qərarı ilə "Sədərək-Dilucu" körpüsü Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında rəsmi keçid qapısı elan edildi. Naxçıvan-Türkiyə əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevlə Süleyman Dəmirəl arasında yaranmış dostluq münasibətləri xüsusi rol oynayırdı. Heydər Əliyev Ermənistanın təcavüzü ilə əlaqədar Naxçıvanda yaranmış vəziyyətlə S. Dəmirəl və digər Türkiyə rəhbərlərini daim məlumatlandırmış, təcavüzün dayandırılması üçün kömək göstərilməsini xahiş etmişdir. 1992-ci ilin mayında Ermənistanın Naxçıvana təcavüzü ilə bağlı Türkiyə hökuməti bəyanat qəbul etmiş və 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvanın muxtariyyətinin qarantı olduğunu bütün dünyaya bəyan etmişdi.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə qonşu İran, Türkiyə rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərdə, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda təkcə Naxçıvanın deyil, həm də Azərbaycanın, onun Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən təcavüzə məruz qalması ilə bağlı problemləri ön plana çəkir, bütün diplomatik fəaliyyətini həmin problemin həllinə yönəldirdi. Bütün bu diplomatik gedişlər isə iqtisadi blokadanın ağır məngənələri altında yaşayan Naxçıvanın çətin imtahanlardan uğurla çıxmasına şərait yaratdı.
Sabunçu rayonu, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova