Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov - Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini və tarixi fəaliyyətini anlamaq üçün Ümummuilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər yetirmək məqsədəuyğundur.
1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə mövcud durum daha da kəskinləşdi. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərdi. Naxçıvanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin Sədr seçilməsini tələb edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən ulu öndər Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da Ulu Öndər dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.
3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan sessiyanın iclasları 5 gün davam etdi. Məhz həmin sessiyada "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək Azərbaycan Respublikasının Ali Sovetindən xahiş olundu ki, Sovet İttifaqı Kommunist Partiyası, Siyasi Büro, Mərkəzi Komitə dağıdıldığı üçün respublikada da bu siyasi-təşkilati qurumların fəaliyyəti dayandırılsın. Bunlar Azərbaycanda müstəqil dövlətçiliyin bərqərar olmasına xidmət edən çox mühüm tarixi qərarlar idi.
“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görüb.
Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində Sovet ordu hissələri MR ərazisindən çıxarıldı. Ulu Öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Onun Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması məsələlərinin həllində əhəmiyyətli rol oynadı.
Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində Muxtar Respublikada Milli Ordu yaradıldı. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirildi.
Xalqın Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ulu Öndərimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın ağrılı problemlərini həll etmək missiyasını məsuliyyətini öz üzərinə götürdü.
Binəqədi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə rayon icra hakimiyyətlərinin rolu” mövzusunda dəyirmi masa tədbiri keçirildi
31 avqust 2022-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə rayon icra hakimiyyətlərinin rolu” mövzusunda dəyirmi masa tədbiri keçirildi.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və baş məsləhətçisi İlqar Pənahov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Nurlan Axundzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi RİHB-nın 1 nömrəli SİƏD üzrə nümayəndəsinin müavini Zakir Əliyev, 143 nömrəli tam orta məktəbin direktoru Elmar Həşimov, 25 saylı şəhər poliklinikasının baş həkimi Xatirə Xəlilova, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, “Şəhid Anaları” Xeyriyyə Mərkəzinin rayon şöbəsinin sədri Yetər Aboyeva iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev bildirdi ki: “Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomanlığa qarşı sərt mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur. Bu mübarizədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 saylı Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Komissiya ilə əməkdaşlıq sahəsində rayon ərazisində fəaliyyət göstərən orta, orta ixtisas, ali məktəblərdə əsrin bəlası olan narkomaniyasının mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir".
Tədbirdə növbəti çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağıraraq problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, narkomaniaya qarşı aparılan birgə kompleks tədbirlərin artırılmasını bildirdi.
Tədbir çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” paylanıldı və tədbir iştirakçılarını maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılmaqla müzakirə formatında davam etdirildi.
Binəqədi rayonunda fəaliyyət göstərən sahibkarlarla mütəmadi görüşlər keçirilir
2022-ci ilin avqust ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Bakı Tekstil Fabrikində və Binəqədi qəsəbəsində yerləşən "Mister Tum" müəssisəsində görüş keçirilmişdir. Fabrikin təsisçisi Səkinə Babayeva və "Mister Tum" şirkətinin təsisçisi Azər Kərimov ilə keçirilmiş görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, Aparatın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin əməkdaşları və M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov və Bələdiyyə əməkdaşları iştirak etmişdir.
Görüşdə sahibkarı maraqlandıran məsələlər, həmçinin nəzərdə tutulan yeni layihələr müzakirə edilmişdir. Həmçinin, xüsusi qeyd edilmişdir ki, müəssisədə çalışan işçi heyətinin əksəriyyəti məhz M.Ə.Rəsulzadə və Binəqədi qəsəbəsində yaşayan sakinlərdir. Görüşün növbəti hissəsi işsizliyin aradan qaldırılması, xüsusilə qadınların cəmiyyətdə aktivliyinin artırılması mövzusunda müzakirə ilə davam etmişdir.
Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri şəhid Cavid Paşazadənin doğum günü münasibətilə məzarı ziyarət edildi
27 avqust 2022-ci il tarixində Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri şəhid Cavid Paşazadənin doğum günü münasibətilə məzarı ziyarət edildi.
Ziyarət zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyətinin İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Xocəsən qəsəbə bələdiyyəsinin sədri Nigar Məmmədova və şəhid ailəsi iştirak etdilər.
Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah rəhmət eləsin!
Qeyd edək ki, Cavid Telman oğlu Paşazadə 2001-ci ilin 27 avqustunda Bakının Sulutəpə qəsəbəsində zəhmetkeş bir ailədə dünyaya göz açmışdı. Üç bacının tək qardaşı idi. Orta təhsilini Şəhid Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdə almışdı. Məktəbdə dönəmi yaxşı - əla qiymətlərlə oxusa da, Cavidin qiymətləri anasını qane etmirdi. Çünki onların övladları daima məktəbdə yüksək savadı və tərbiyəsi ilə seçilənlər sırasında olmuşdu. Ailənin böyük qızı Paşazadə Mənicə 600-dən yüksək balla Bakı Dövlət Universitetinə qəbul olmuş, universiteti fərqlənmə diplomu ilə bitirmişdi.
Şəhid Paşazadə Cavidin sonuncu döyüş yeri olan Xocavənddə azad olunmuş torpaqlarını qorumaq üçün saatlarla mübarizə aparıb, döyüşən dörd gəncdən biri Cavid olub. Onlar əzmlə canları bahanasına ələ keçirdikləri postu verməmək üçün son ana qədər vuruşublar. Gənc əsgər uzun mübarizədən sonra 29 oktyabr da, bacısı Zeynəbin ad günündə Şəhidlik zirvəsinə ucalır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid əsgər Cavid Paşazadə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.