Dado Natavanın hamiləliyindən danışdı: "Məni oyuna gətirmək istəyirlər" - VİDEO

Dado Natavanın hamiləliyindən danışdı: Repçi Dado (Səid Əliyev) sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Baku.ws xəbər verir ki, o, bir müddət əvvəl qalmaqallı şəkildə boşandığı keçmiş həyat yoldaşı müğənni Natavan Həbibinin hamiləliliyindən danışıb.

İnstaqram hesabında video yayımlayan Dado, Natavanla xeyli vaxtdır ayrıldığını və Həbibinin dünyaya gələcək övladının ondan olmadığını vurğulayıb:

"Heç kimin önündə özümə bəraət qazandırmıram. Heç kimə hesabat vermirəm. Amma hiss edirəm ki, yenidən məni oyuna gətirmək istəyirlər. Bilin ki, biz çoxdan boşanmışıq. Hamilə olmasını mən də sizin kimi öyrənirəm. Aramızda hər şey bitib. Allah onu xoşbəxt eləsin, yeni dünyaya gələcək balasının da canını sağ eləsin"

Xatırladaq ki, Natavanla Dado 2017-ci ilin iyulunda ailə həyatı qurublar. Onların bu evlilikdən Zeyd Əli adlı bir övladları dünyaya gəlib. Cütlük qısa müddət sonra qalmaqallı şəkildə həyat yollarını ayırıb.


Oxşar xəbərlər