Ağ Ev Kremlin gələcək planlarını açıqladı: “Cavab ağır olacaq”

Ağ Ev Kremlin gələcək planlarını açıqladı: “Cavab ağır olacaq” “ABŞ-da Rusiyanın Ukraynanın yeni ərazilərinin ilhaqına hazırlığı barədə məlumat var. Söhbət Donetsk, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərinin işğal olunmamış ərzilərindən gedir”.

Bunu iyulun 19-da keçirdiyi brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının və strateji kommunikasiyaların koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, kəşfiyyat və açıq mənbələrdən Rusiyanın Ukraynanın əlavə ərazilərini ilhaq etmək cəhdini planlaşdırdığına dair əhəmiyyətli miqdarda dəlil görürük: “Rusiya 2014-cü ildə Krımın işğalı zamanı olduğu kimi, ilhaqın öz “qayda və şərtlərini” elan etməyə başlayır”.

O əlavə edib ki, Rusiya artıq nəzarət etdiyi Ukrayna ərazilərində qanunsuz olaraq nəzarətlərində olan şəxsləri yerləşdirib.

“Biz onun növbəti addımlarını bilirik: əvvəlcə bu “liderlər” Rusiyaya birləşmək üçün mərhələli “referendum” təşkil edəcəklər. Sonra Rusiya bu “referendumlardan” istifadə edərək Ukraynanın yeni ərazilərini ilhaq etməyə cəhd edəcək”, - Ağ Evin sözçüsü əlavə edib.

O bildirib ki, Rusiya hakimiyyəti Xerson və Zaporojye vilayətlərinin bir hissəsini, eləcə də bütün Donetsk və Luqansk vilayətlərini ilhaq etmək planını nəzərdən keçirir. Kirbi izah edib ki, Rusiya artıq belə bir addım üçün hazırlıqlara başlayıb, işğal olunmuş ərazilərdə rublu dövriyyəyə buraxıb, internetə çıxışı bağlayıb, ukraynayönlü fikirli insanları təqib edir və media üzərində nəzarəti bərqərar edir.

“Kreml bu referendumların vaxtını açıqlamayıb, lakin onların yerlərdə təyin etdiyi “liderləri” bildiriblər ki, onlar bu il, çox güman sentyabrın 11-də Rusiyada keçiriləcək regional seçkilərlə yanaşı keçiriləcək”, - Kibri bildirib.

Kibri onu da bəyan edib ki, Rusiya ilhaq planlarını davam etdirsə, cavabımız çevik və sərt olacaq və müttəfiqlərimiz və tərəfdaşlarımızla paylaşılacaq. Rusiya daha da sərt sanksiyalara məruz qalacaq, indi olduğundan daha ciddi şəkildə beynəlxalq aləmdən təcrid ediləcək. Biz Rusiyanın ilhaq etdiyi əraziləri heç vaxt tanımayacağıq”, - Kirbi bildirib.

O eyni zamanda Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri hərbi yolla geri ala biləcəyi fikrini də ifadə edib.

Oxşar xəbərlər