
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.
Onun sözlərinə görə, bütün dünyada yoluxanların demək olar ki, 90%-i Avropanın payına düşür. O əlavə edib ki, yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlar arasında qeydə alınıb, onların 99%-i kişilərdir.
Hans Klüqe vurğulayıb ki, xəstələrin təxminən 10%-i ya müalicə, ya da təcrid üçün xəstəxanaya yerləşdirilib, bir xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib: “Bu günə qədər ÜST ölümlərlə bağlı məlumat almayıb”.