COVID-19 qurbanlarının sayı 686 mini ötdü

COVID-19 qurbanlarının sayı 686 mini ötdü Son sutka ərzində dünyada koronavirusa 257 mindən çox yoluxma qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bütün dünyada virusa yoluxanların sayı 17 918 582-yə çatıb. Son gün ərzində COVID-19-a 257 677 yeni yoluxma aşkarlanıb.
Dünyada ümumilikdə 686 703 insan pandemiyanın qurbanı olub. Ötən gün 5 810 daha pasiyent təhlükəli infeksiyadan ölüb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də ÜST koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər