1993-cu il iyunun 24-ü Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında dönüş günü oldu. Həmin gündən sonra ulu öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Lakin bu yalnız başlanğıcdı. Azərbayan dövlətinin tarixində mühüm rol oynayan hadisə, Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi bağlı hadisə parlamentin 24 iyun tarixli iclasında gerçəkləşdi. Ona görə də 24 iyun ədalətin və milli iradənin zəfər çaldığı gündür.“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” –sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətindən biri də odur ki, o, zəngin idarəçilik irsi yaratmaqla, gələcək nəsillərin bundan yararlanması üçün geniş imkanlar açmışdır. Bu da ondan irəli gəlirdi ki, xalqımızın taleyi Ümummilli lideri daim düşündürən əsas məsələ idi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Ulu öndərə sonsuz inamı olan xalq verilən dəyərli tövsiyədən bəhrələnərək düzgün seçim etməklə, Azərbaycan xalqının bitib-tükənməz sevgisini qazanmış cənab İlham Əliyevi özünə lider seçdi.Ulu öndərin mükəmməl siyasətinin onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edərkən Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəni xüsusi vurğulamaq lazımdır.Ümummilli lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova