Bundan 104 il öncə xalqımızın öndə gələn ictimai-siyasi xadimləri Müsəlman Şərqində ilk demokratik dövləti-Azərbaycan Xalq Cümhuriyyətini yaratmışlar. Bu dövlət həmçinin Müsəlman Şərqində respublika idarəetmə qurluşuna məxsus olan ilk dövlət idi. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti heç 2 il yaşamadı. Az yaşadı amma, 23 aya çox böyük işlər gördü. 1991-ci ildə müstəqilliyimizin bərpası ilə xalqımız yenidən azadlığına qovuşdu. İstər Cümhuriyyəti (Batum müqaviləsi ilə Osmanlı imperiyası), istərsə də müasir Azərbaycan Respublikasının (1991-ci ildə Türkiyə Cümhuriyyəti) dövlət müstəqilliyini tanıyan ilk dövlət, qardaş türk dövləti oldu.Həm Cümhuriyyət, həm də müasir dövrdə biz qardaş türk xalqının dəstəyini hər zaman görmüşük. Hələ I Dünya Müharibəsi dövründə Azərbaycan Rusiya imperiyasının tərkibində olmasına baxmayaraq Osmanlı imperiyasını işğal etmək istəyən dövlətlərə qarşı azərbaycanlılar da Osmanlı əsgərləri ilə çiyin-çiyinə Çanaqqala cəbhəsindən Qafqaz cəbhəsinə qədər düşmənə qarşı birgə vuruşmuş, ya şəhid, ya da qazi olmuşlar. Tək kəlimə ilə bunu ümumiləşdirsək: qardaş qardaşın dar günündə yanında olmuşdur.
Qardaş dövlətlər olaraq biz həm yaxşı, həm də pis günlərdə biz birlikdə olmuşuq. Biz bu birliyin və qardaşlığın bariz nümunəsini müasir dövrdə-İkinci Qarabağ-Vətən müharibəsi dövründə də gördük. Müharibənin başlamasının üzərindən bir neçə saat keçməmiş Türkiyə cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” ifadəsi “iki dövlət bir millət” şüarının, tək sözdə yox əməldə də bu cür olduğunu göstərdi. Və qədir-qiymət bilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. 1918-ci il 15 Sentyabr tarixində doğma Bakımızın erməni-rus işğalından azad olunmasından sonra Azərbaycan və türk hərbiçiləri təşkil edilmiş hərbi paradda çiyin-çiyinə birgə addımlamışlar. Eyni mənzərəni,eyni hisləri biz Vətən müharibəsinin bitməsindən qısa bir müddət sonra- 2020-ci il 10 Dekabr tarixində-Qarabağın azad edilməsi şərəfinə təşkil edilmiş “Zəfər parad”ında yaşadıq. “Zəfər parad”ı birliyimizin təntənəsi iləyanaşı, dosta güvən, düşmənə göz dağı idi.
Azərbaycan və Türkiyə qardaşlığı, birliyi 15 İyun 2021-ci il tarixində, bizim tarixi və mədəniyyət paytaxtımız olan Şuşa şəhərində imzalanan “Şuşa bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə çatdı. “Şuşa bəyannaməsi”ndə Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Sənəddə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Dünya hərb tarixində türk milləti həmişə öz sözünü deyib, bəzən göstərdiyi yeniliklər dünya xalqlarının hərb dərsliklərində yazılıb, öyrədilib. İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin döyüş taktika və üsulları müasir hərb tarixi dərsliklərinə əlavə edilib. İkinci Qarabağ müharibəsində PUA-lardan istifadə isə hərb tarixində başqa bir önəmli yenilik və qələbənin qazanılmasında başqa önəmli bir fakt idi. 2022-ciil 26 May tarixində Bakıda təşkil edilmiş “Teknofest Azərbaycan” layihəsinin əsas məqsədi burada gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara böyük və yeni fürsətlərin yaradılması oldu. “Teknofest Azərbaycan” layihəsində dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar. “TEKNOFEST” çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak ediblər.
Festival elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verdi, təcrübə qazandırdı. Eyni zamanda, birlikdə çalışan gənclərə komanda ruhu aşıladı. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrətdi. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou festivalın ən yaddaqalan hadisələrindən biri olub. Bu festival ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edib.
Sabunçu rayonu, 28 №-li tam orta məktəbin
tarix müəllimi Həsən Xələfov