j

j Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

O insan xoşbəxtdir ki, ALLAHın bəxş etdiyi ömrü mənalı yaşayır. Uzaqgörənliyi ilə seçilir, həmişə sabaha, gələcəyə can atır, böyük arzularla yaşayır. O arzular ki, zaman-zaman böyüyür və çiçək açır. Bu cür insanlar tək özləri üçün yaşamırlar. Həmişə insani dəyərləri ilə seçilirlər. Onların qəlbində həmişə mərhəmət, insan, Vətən sevgisi olur. Bu cür insanlar böyük amallarla yaşayırlar. O amallar ki, bizi açıq gözlə həyata səsləyir. Əllərindən həmişə yaxşılıq gəlib. Belə insanlardan biri də 3 Saylı Şəhər Klinik Xəstəxanasının Təsərrüfat bacısı Qəribov Arzu Ağaşah qızıdır. 3 Saylı Şəhər Klinik Xəstəxanasının Təsərrüfat bacısı Qəribov Arzu Ağaşah qızı qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Arzu xanım Qəribova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Ona etibar edilən bütün işlərdə Arzu xanım Qəribova özünü doğruldub. Bizdə hörmətli Arzu xanım Qəribovanı şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


j

Oxşar xəbərlər