Rus ordusu hücuma keçib, bu əraziləri ələ keçirib

Rus ordusu hücuma keçib, bu əraziləri ələ keçirib Rus ordusunun 76-cı Hava Hücum Diviziyasından iki batalyon taktiki qrupunu Belqorod vilayəti ərazisindən İzyum şəhərinə köçürülüb.

Bundan əlavə, rus ordusu Belqorod vilayətinin yaşayış məntəqələri ərazilərində düşmən “İsgəndər-M” OTRK-nın iki raket diviziyasını yerləşdirib.

Bu barədə məlumat aprelin 27-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını Facebook səhifəsində yer alıb.

Məlumatda bildirilir ki, İzyum istiqamətində Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri Barvenkovo ​​istiqaməti hücum əməliyyatları həyata keçirir.

"Rus ordusu artıq Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb" - məlumatda deyilir.

Oxşar xəbərlər