Ukrayna cəbhəsində böyük çətinliklərlə üzləşən, nəinki qələbə, hətta heç-heçəyə belə nail olmayan, getdikə vəziyyəti çıxılmazlaşan Rusiyanın Azərbaycanı təhdid altına almaq istəməsi onun hansı iştahının nəticəsi ola bilər? Üstəlik də önəmli olan iştah deyil. Yediyini qaytarmamaqdadır.
Azərbaycanın adının Rusiyanın ən müxtəlif dairələrində biolaboratoriyalara malik ölkə kimi hallandırılması isə yəqin ki, qardaş etibarından, müttəfiq ruhundan xəbər vermir. Söhbət nədən gedir?
Deməli, aprelin 6-da Rusiya Federasiyasının silahlı qüvvələrinin radioloji, kimyəvi və biloloji mühafizə qüvvələrinin komandanı İqor Kirillov BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında deyib ki, ABŞ müxtəlif ölkələrdə vahid ssenari üzrə biolaboratoriyalar yaradır. Kirillov biolaboratoriyalarla bağlı çıxışının böyük hissəsini Ukraynaya həsr edib, amma eyni zamanda təqdimat xəritəsində Azərbaycanın adını çəkib.
Belə çıxır ki, Rusiya Federasiyasının ən məsuliyyətli postlarında ən məsuliyyətsizlər oturub?! Axı Kirillovun vəzifəsinin adı olduqca iddialı səslənir: “Rusiya Federasiyasının silahlı qüvvələrinin radioloji, kimyəvi və biloloji mühafizə qüvvələrinin komandanı!” Yəni bunların hamısı Peqovlaşıb?! Hamısı Solovyovlaşıb? Axı biz belə yalanlardan sonra düşünə bilərik ki, Rusiyanın istinad etdiyi həlledici qənaətlər, qərar və əmr üçün yaradılan bütün informativ baza yanlışlıqlardan ibarətdir. Onda o da düzgün qənaətdir ki, Ukraynada Rusiya ilk növbədə indiyədək doğru hesab etdiyi yalanların altını çəkir. Təbii ki, heç bir həll düz olmayacaq. Belə çıxır ki, Rusiya Federasiyasının kosmik silahlı qüvvələr birliyi də elə Simonyanın “Sputnik”i kimi işləyir - yalan, dezinformasiya, hikkə, qısqanclıq və qərəzdən yanacaqlanaraq.
Bu qurum - informasiya agentliyi kimi yox, xəfiyyə, casus statusunda işləyir. Ola bilsin ki, nə vaxtsa hətta xəbər agentliyi kimi də çalışıb. Bəlkə də əvvəl-əvvəl, yeni yararananda bu xəbər nümayəndəliyinin Bakıdakı fəaliyyətinə Rusiya və Azərbaycan dövlətləri, xalqlarımız arasında doğrudan faydalı informasiya istehsalı imkanı kimi yanaşırdılar. Amma bu baş vermədi. “Sputnik Azərbaycan”, ona rəhbərlik edən separatçı düşüncəli Marqarita Simonyan Azərbaycan oxucusunun, Azərbaycan vətəndaşının etibarını tam itirib. Qarabağı Rusiyanın tərkibində görən, bunu arzuladığını gizlətməyən Marqarita Simonyanın “Sputnik” ağzı bağlamalıdır. Bu separat tribunası dərhal ləğv edilməlidir. Əgər “Haqqın.az” başda olmaqla rusdilli Azərbaycan saytları Rusiya ərazisində bloklanırsa, bu fakta biz “Sputnik”i bağlamaq üçün əla ipucu kimi baxa bilərik. Yəni ya Marqarita Simonyan Rusiya və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə ziyan gətirdiyinə, Putinin də yerinə yetirməyə borclu olduğu bəyannamənin on səkkizinci bəndinə - beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirmək öhdəliyinə xilaf çıxdığına görə həm Rusiya, həm Azərbaycan dövlətlərindən, xalqlarından üzr istəyir, ya da bu erməni qadının “Sputnik” ağzı bağlanır! Birdəfəlik.
Nəzərə almalıyıq ki, Simonyan ənənəvi olaraq Azərbaycana qarşı mövqedən çıxış edib. Bu artıq onun mahiyyətidir! Və bir sual da var: Maraqlıdır, bu boyda həngamədən sonra - Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyəli səfiri Boçarnikov hansı mövzuda susur?!
Hə, bir də onu deyək ki, məsələ heç də yalnız Azərbaycanın ciddi, ənənəvi, dövlətçi mediası və mətbuatının gündəliyində olmamalıdır. Burada qara, mavi, yaşıl və ya sarı olmasından asılı olmayaraq, bütün güruhlar çəkici bir zindana vurmalıdır. Öz səhifəsi olan, atasının şəklini, dostlarının tilovunu, həyat yoldaşına təbrikini burada yaymaq yayımçıları sosial şəbəkələrdə fəal olmalıdırlar. “Sputnik”in bağlanmasını ümumxalq tələbinə çevirməyi bacarmalıyıq. Prezident necə demişdi? Gəlin biz də öz cameəmizdə bu mövqeyi tətbiq edək: deyək ki, biz bunu qeyri-dost addım kimi qiymətləndiririk və öz addımlarımızı buna uyğun şəkildə atırıq! Hazırda bu birlik milli düşüncə, milli informasiya maraqlarına hava və su kimi lazımdır.
Mir Şahin