Bakıda yaşayış binası sökülür - FOTO

Bakıda yaşayış binası sökülür - FOTO Bakının Nizami rayonunda yaşayış binasının sökülməsinə başlanılıb.

Trend xəbər verir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.

Həmin binadan artıq sakinlər tam köçürülüblər.

1960-cı ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək 90 ailənin iki il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə beş, növbəti mərhələdə isə altı binanın söküləcəyi gözlənilir.

Bakıda yaşayış binası sökülür - FOTOBakıda yaşayış binası sökülür - FOTOBakıda yaşayış binası sökülür - FOTOBakıda yaşayış binası sökülür - FOTO

Oxşar xəbərlər