Nərimanovda bu ünvandakı binalar plana düşdü - 8 bina söküləcək

Nərimanovda bu ünvandakı binalar plana düşdü - 8 bina söküləcək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 № -li, 11 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının inşası “Ailə Park “ MMC-yə həvalə olunub.

Qeyd edək ki, yenilənən binaların sakinləri və “Ailə Park” MMC arasında rəsmi müqavilə (notarial qaydada) bağlanılır və onlar müvəqqəti olaraq digər yaşayış yerlərinə köçürülürlər.

Mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Daha sonra sakinlər köçürüldükləri mənzildən sahəsinə görə 25 % daha artıq və təmirli mənzillərə sahib olurlar.



Nərimanovda bu ünvandakı binalar plana düşdü - 8 bina söküləcəkNərimanovda bu ünvandakı binalar plana düşdü - 8 bina söküləcəkNərimanovda bu ünvandakı binalar plana düşdü - 8 bina söküləcəkNərimanovda bu ünvandakı binalar plana düşdü - 8 bina söküləcəkNərimanovda bu ünvandakı binalar plana düşdü - 8 bina söküləcək

Oxşar xəbərlər