Rusiya tərəfindən Ukraynanın Kramatorsk şəhərində dəmiryolu vağzalı raketlə vurulduqdan sonra Slovakiya hərəkəti ilə diqqət çəkib.
Slovakiya Baş naziri Eduard Heger Ukraynaya S-300 göndərdiklərini açıqlayıb.
“Təsdiq etmək istərdim ki, Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi təqdim edib. Ukrayna xalqı öz suveren ölkəsini və bizi də cəsarətlə müdafiə edir. Rusiyanın təcavüzü altında insan itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur”, - deyə o “Twitter” hesabında yazıb.