Xalqımızın milli adət-ənənələrini özündə əks etdirən, dostluq, mənəviyyat, yeni həyatın rəmzi olan Novruz bayramının gəlişinə qədər dörd çərşənbə qeyd olunur. Bu çərşənbələrin adları bəzi qədim inanclara görə, dörd ünsürdən – su, od, yel (hava), torpaqdan götürülmüşdür. Xalq arasında bu çərşənbələr digər adlarla da qeyd olunur (su, kül, yel, gül). Bəzi rayonlarda bu çərşənbələrdən də əvvəl bir çərşənbə də qeyd olunur ki, buna da xalq arasında “yalançı çərşənbə” deyilir.
Birinci çərşənbə su çərşənbəsi adlanır. Su çərşənbəsində su ilə bağlı bir sıra ayinlər yerinə yetirilir. Qız-gəlinlər bulaqdan şirin su gətirir, evin ətrafına çiləyir, ailə üzvləri bu su ilə paklanıb təmizlənirlər. İnanclara görə, su çərşənbəsində suyun üstündən atlanıb yarasını su ilə təmizləyənlər həmin il ərzində qada-bəladan, xəstəlikdən uzaq olurlar. Bu çərşənbədə axar su hövzələrinə gedərək suya aid müxtəlif mərasimlər təşkil edilir.
Su çərşənbəsi ərəfəsində təbiətdə də oyanış başlanır, donmuş sular, qarlar əriyərək çaylara, axar sulara qovuşur. Hər yerdə canlanma müşahidə olunur.
İkinci çərşənbə od çərşənbəsi adlanır. Bu çərşənbə ərəfəsində günəşin hərarəti yavaş-yavaş artmağa başlayır, torpağı isindirir. Od çərşənbəsi insanların oda, Günəşə olan sevgisini əks etdirir. Həmin gün insanlar tonqal qalayıb üzərindən atlayır, azar-bezardan xilas olurlar.
Üçüncü çərşənbə yel çərşənbəsi adlanır. Bu çərşənbə ərəfəsində yazın gəlişindən xəbər verən isti küləklər əsir, yenicə oyanan torpağı cana gətirir. İnsanlar söyüd ağacının altında “Yel baba” mərasimi təşkil edərək küləyə aid nəğmələr səsləndirirlər.
Novruzun sonuncu çərşənbəsi torpaq çərşənbəsi adlanır. Xalq arasında bu çərşənbəyə İlaxır çərşənbə də deyirlər. Torpaq çərşənbəsində artıq günəşin hərarətindən ana torpaq oyanır, bağçalar gül-çüçək açır, insanlar yaz əkininə başlayırlar. Qadınlar ailə üzvlərinin sayına uyğun olaraq topağın oyanışının rəmzi olan səməni cücərdirlər.
Torpaq çərşənbəsində digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir. Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət olunması onun yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunur.
Ümumiyyətlə, Novruz çərşənbələri ərəfəsində insanlar yeni həyatın başlanğıcı kimi evləri, həyət-bacanı təmizləyər, bağ-bağçada əkin-calaq işlərini həyata keçirirlər.
Hər bölgədə çərşənbələr özünəməxsus şəkildə qeyd olunur. Qızlar qulaq falına çıxır, cavanlar papaq atır, xoruz döyüşdürür və s. adətlər yerinə yetirilir.
Qeyd olunan çərşənbələrdə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti və rolu var. Onların hər biri ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün çox vacib funksiyanı yerinə yetirməklə, hamısı birləşib vahid bir komponent təşkil edir və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkkürünün ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını böyütməklə yanlışlığa yol vermək olmaz.
İlaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınıb adlanmalarına baxmayaraq, xalqımız Su, Od, Yel və Torpaq çərşənbələrinə hər zaman eyni qaydada önəm verib. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi diqqət çəkir. Bütün çərşənbələrdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimi aktlar və s. yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı qüvvəyə xoş gedəcək ayin və rituallar həyata keçirir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova