Bu gün Novruz bayramının gəlişini yaxınlaşdıran ilk çərşənbə - su çərşənbəsidir.
AZTB.info xəbər verir ki, Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Hələ lap qədim dövrlərdən Şərqdə yaz fəslinin gəlməsi münasibətilə şənliklər keçirilib, baharın ilk günü yeni ilin başlanğıcı kimi qeyd edilib. Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara boz ayın çərşənbələri də deyirlər.
Bütün çərşənbə axşamlarında tonqal qalanması əsas mərasim hesab edilir. Tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin simvoludur.
El inamına görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.
İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.
Xalq mövhumuna əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su çərşənbəsi həm də “əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sırasına daxildir.
Bununla insanlar su ilə ünsiyyətdə olu, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.