29 illik fəaliyyəti ilə Azərbaycanın iqtidar, regionun ən güclü və dünya miqyasında tanınan partiyası olaraq YAP hər gün daha artıq güclənən, inkişaf edən, iqtisadi-siyasi, sosial-mədəni və hərbi qüdrətini artıran ölkəmizin müstəqil, azad, demokratik vətəndaş cəmiyyəti quruculuğuna sadiq bir siyasi təşkilat kimi Azərbaycanla birgə böyüdü, mətinləşdi, xalqın inam və etimadına layıq olmaq üçün öz sıralarını saflaşdırmaqla zərərli meyillərə qarşı barışmaz mövqeyini ortaya qoydu.
Ölkədə gedən dərin islahatlar siyasətinin iştirakçısı və təbliğatçısı, yeniliklərə açıq, öz fəaliyyətinə tənqidi münasibətdən doğan prinsipiallıq nümayiş etdirərək ictimai-siyasi ab-havanın nəbzinə uyğun qətiyyətli addımlara hazır və qadir olduğunu göstərdi.
YAP özünün VII qurultayına 29 illik fəaliyyəti, xalqa və dövlətə xidmətləri, ən əsası, bu illər ərzində Heydər Əliyev ideyalarının reallığa çevrilməsində fədakarlıq və qəhrəmanlıq üçün, öz həyatını ümumi məqsədlərə, dövlətimizin və xalqımızın mənafeyi naminə sərf etməyə hazır olan insanların partiyası kimi, ölkədə formalaşmış yeni siyasi konfiqurasiyanın mərkəzi sübyekti, həmçinin onu qorumaq, inkişaf etdirmək uğrunda mübarizənin önündə gedən siyasi qüvvə kimi gəldi.
Ölkənin həyatında yeni bir dönəmin, yeni bir başlanğıcın əsası ölkədə fəaliyyət göstərən ictimai-siyasi qüvvələrin YAP-ın öncül mövqeyinə sayğılı mövqeyi ilə müşayiət olunan konstruktiv əməkdaşlıq sayəsində qoyuldu.
Odur ki, bütün bu tarixi uğurları qeyd edərək yeni dövrün çağırışlarına birgə cavab tədbirlərini müəyyənləşdirmək, ölkədaxili vətəndaş həmrəyliyinə istinad edərək siyasi qüvvələrin daha möhkəm birliyinə nail olmaq, qarşıda duran vacib məsələlərin birgə həlli yollarını müzakirə etməklə YAP-ın keçdiyi tarixi inkişaf mərhələlərini dəyərləndirmək, yeni hədəflər naminə yeni qərarlar qəbul etmək üçün YAP 2021-ci il mart ayının 5-də özünün VII qurultayını keçirdi.
Möhtəşəm Zəfərin doğurduğu böyük qürur və iftixar hissi ilə öz ali məclisinə toplaşan qurultay nümayəndələri qarşısında YAP-ın Sədri, cənab İlham Əliyevin dərin məzmunlu çıxışı keçilən tarixi yola obyektiv qiymət verilməsi ilə yanaşı, həm də partiyanın bu gündən sonra qarşısında dayanan əsas vəzifələri, YAP-ın yeni dövr üçün fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirməklə yanaşı, ümumilikdə Azərbaycan Respublikasının, onun siyasi mənsubiyyətindən asılı olmayaraq bütün ictimai-siyasi cəhətdən fəal insanlarının, hər bir vətəndaşın, bütövlükdə isə hər bir azərbaycanlının qarşısında dayanan öhdəliklərin, onların yerinə yetirilməsi üçün vacib olan resurs və mexanizmlərin, hüquqi çərçivə və meyarların məcmusu idi.
Bu çıxış 29 illik çətin və şərəfli yolda əldə edilən nəticələrin üzərindən daim yeniləşən, inkişaf edən, öz xalqını layiq olduğu Qələbə ilə şərəfləndirən bir Liderin bu Qələbənin qorunması, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, insanların on illərlə çəkdiyi fiziki, iqtisadi və mənəvi əzablarına son qoymaqla öz yerinə-yurduna ləyaqətli qayıdışını, davamlı və dayanıqlı inkişafı təmin etmək, Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətinə çevirmək sahəsində yeni daha çətin çağırışlara hazırlığa təkan verən bir fəaliyyət proqramı idi.
Hansı ki, qurultay bu proqramın hər bəndinə uyğun qərarlar qəbul etməli, bütövlükdə partiyanın seçkili orqanının tərkibinin yenilənməsi və yeni proqram sənədinin işlənməsi haqqında partiyanın icra orqanına tapşırıqlar verməli idi.
Ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olan VII qurultayın qərarı ilə Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri rəhbər tutaraq, 44 günlük müharibədən sonra yaranan obyektiv reallıqları ölkənin beynəlxalq aləmdə artan rolunun və mövcud vəziyyətdə yeridilən xarici, zəngin rifah dövləti yaradılması sahəsində daxili siyasətinin, regionda və ölkədə formalaşmış yeni siyasi konfiqurasiyanın diktə etdiyi vəzifələri özündə əks etdirən yeni proqram sənədi hazırlandı.
“Biz birlikdə güclüyük” şüarı altında hazırlanan bu strateji sənəd müxtəlif səviyyələrdə işçi müzakirələrdən sonra YAP İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli iclasında təsdiq edildi. Proqram hər biri ən müxtəlif sahələrdə partiyanın və onun üzvlərinin qarşısında dayanan vəzifələri nəzərdə tutan bölmələrin daxil olduğu 5 fəsildən ibarətdir.
Proqramın preambula hissəsində Azərbaycanın müstəqilliyinin bərpasını bəyan edən sənədlərin qəbulundan bir il sonra xaos, anarxiya, daxili qarşıdurmalar, xarici təzyiqlər, iqtisadi, sosial və hərbi sahədə tənəzzülə gətirib çıxaran siyasi kataklizmlər nəticəsində müstəqilliyi yenidən təhlükə altında qalan Azərbaycanı düşdüyü ağır və çətin durumdan xilas etmək məqsədilə ortaya çıxan təşəbbüslərin məntiqi
nəticəsi olaraq YAP-ın təsis edilməsi, ölkədə demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin yaranması, bazar iqtisadiyyatı yolu ilə ölkənin inkişaf etdirilməsi sahəsində müvafiq işlərin görülməsi üçün YAP və onun lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı barədə fikirlər yer alır. Ümummilli Liderin rəhbərliyi ilə YAP-ın yaxından iştirakı ilə Azərbaycan dövlətinin keçdiyi şərəfli inkişaf yolu, iqtisadi dirçəliş, milli-mənəvi dəyərlərin adət və ənənələrin müasir beynəlxalq standartların vəhdətindən yoğrulan azərbaycançılıq məfkurəsi və demokratik dəyişikliklər yolu ilə inkişafın müxtəlif mərhələləri barədə müfəssəl məlumat verilir.
“Müasir, qüdrətli və zəngin Azərbaycan” naminə çağırışla onu yerinə yetirməyin uğurlu formulunu təqdim etməklə özünü bir Prezident, YAP-ı isə regionun ən güclü siyasi qüvvəsi kimi tanıtdıran İlham Əliyevin apardığı siyasət ətrafında yaranan birlik, günbəgün artan beynəlxalq nüfuz, dünyanın ən güclü ordularından birinə sahib olmaqla Azərbaycanın itirilmiş torpaqlarını geri qaytarması, ədalət naminə ədalətli müharibə yolu ilə tarixi qələbənin qazanılması faktları əksini tapır.
Proqramda yuxarıda qeyd edilənləri vurğulamaqla YAP-ın Azərbaycanın inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malik qüvvə kimi gələcəkdə də öz məqsəd və vəzifələrini yerinə yetirmək sahəsində əzmkarlıq göstərəcəyinə inam ifadə edilir.
Siyasi dəyərlər və prinsiplər içərisində ilk yeri tutan “Heydər Əliyev yolu” ilə milli və qlobal çağırışların uzlaşdırılması əsasında varisliyə və təkamülə üstünlük verilməklə inkişafın istinad nöqtəsi kimi müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və ənənələrin inkişafı prinsipləri qeyd edilir.
Partiya yeniliyin və müasirliyin tərəfdarı kimi çıxış edir, amma milli köklərə bağlılığı, tarixi adət-ənənələri, mənəvi-əxlaqi dəyərləri qorumağı əsas vəzifələrdən biri hesab edir.
İndi sürətlə dəyişən dünya ilə birlikdə daim yeniləşən, istək, arzu və xəyalların gerçəkləşməsinə öz töhfəsini verən Yeni Azərbaycan Partiyası özünün VII qurultayında təsdiq etdiyi “Yeni Azərbaycançılıq məfkurəsi” adlandıra biləcəyimiz yeni proqramında müəyyən etdiyi məqsədlərinə doğru daha inamla irəliləməkdədir.
80 №-li tam orta məktəbin direktoru –
Təranə Müzəffərova