"Lukaşenko Putinin gizli planlarını ifşa etdi" xəbərləri qalmaqal yaratdı - ŞOK XƏRİTƏ (VİDEO)

Onun xəritə qarşısındakı açıqlaması dünya mediasının gündəmi oldu.
Təhlükəsizlik Şurasını toplayan Aleksandr Lukaşenko komandası ilə Rusiyanın hücumları və xüsusən də Belarus tərəfindən "İsgəndər" raketlərdən Ukraynadakı konkret olaraq hansı hədəfləri vurması barədə verdiyi açıqlamalar gündəm olub.

Lukaşenkonun görüş zamanı xəritə üzərindəki çıxışı dünya mətbuatında yer alıb.

Belə ki, xəritəyə baxarkən Ukraynanın 4 yerə bölündüyü görünür.

Lukaşenkonun qarşısında brifinq verdiyi xəritə də Rusiyanın Ukrayna daxilində hücumlarını hansı istiqamətdə həyata keçirdiyini göstərir.

Bu məqamda diqqəti çəkən başqa bir vəziyyət də var. Xəritəyə görə Rusiya Odessanı ilhaq edir və oradakı qoşunlarını daha sonra Moldova sərhədləri daxilində Dnestryanı bölgəyə yeridir.

Ölkə.Az xəbər verir ki, məsələni işıqlandıran beynəlxalq mətbuat bunu həyəcanlı şəkildə təqdim edir və xəritənin Putinin gizli planı ola biləcəyini bildirib.

Sözügedən xəritə ilə bağlı Twitter-də mesaj paylaşan belaruslu jurnalist Tadeusz Giczan: “Təhlükəsizlik Şurasının bugünkü iclasında Lukaşenko əsl işğal xəritəsini göstərdi. Xəritədə Belarusdan atılan raketlərlə məhv edilən Ukrayna hərbi obyektləri göstərilib… Odessa-Dnestryanı bölgə istisna olmaqla!” deyib.

Avropa İttifaqının (AB) Ali Nümayəndəsi Cozef Borel, müharibənin ilk günlərində verdiyi açıqlamada, Rusiyanın Moldovada təzyiqlərinin yaxın günlərdə arta biləcəyini, Qərbi Balkanlarda da oxşar vəziyyətlərin yaşana biləcəyini bildirib.


Oxşar xəbərlər