Müasir dövrün əsas proritetlərindən birini “COVID-19”- la mübarizə təşkil edir. Artıq iki ildən çoxdur ki bu problem dünyanın qlobal problemlərindən birinə, hətta ən önəmlisinə çevrilib. Xəstəliyin əhatə dairəsinin müəyyənləşdirilməsi və nəzarət altına alınması üçün bütün dünya əməkdaşlıq şəklində mübarizə aparır. Burada Ümumdünya Səhiyyə Təşkilatının rolunu xüsusi qeyd edə bilərik.
Bütün sahələrdə olduğu kimi bu sahədə də müəyyən çətinliklər yaranır. Gəliri az olan və yüksək gəlirli dövlətlərdə vaksinlərin bərabər və tərəfsiz paylanması olduqca vacib məsələdir. Azərbaycan hər zaman ədalətdən yana olmuş və bu prossesə kömək etməyə çalışan ölkərin səylərini alqışlamışdır. Həmçinin Azərbaycan öz həmrəyliyini və humanistliyini ön planda tutaraq Ümumdünya Səhiyyə Təşkilatının vasitəçiliyi ilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göndərmişdir.
“COVİD-19” ilə bağlı bütün dövlət və beynəlxalq təşkilatlar hüququ çərçivəyə uyğun, ədalətli və şəffaf təşkil olunmalıdır. Dünyamızın bu problemdən qurtulması üçün birlikdə səylə və problemyönümlü çalışması əsas şərtdir. Azərbaycan hər zaman öz mövqeyini açıq şəkildə nümayiş etdirmiş və lazımi tədbirləri görmüşdür.
Azərbaycan “COVID-19” pandemiyasının nəzarətdə saxlanılması üçün Cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti altında adekvat və hərtərəfli tədbirlər görülür. Bu onun nəticəsidir ki, ölkəmizdə pandemiya tam nəzarət altındadır.
72 nömrəli məktəb-liseyin tarix müəllimi
Həsənzadə Damla