BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr zamanı Prezident İlham Əliyev həm Azərbaycan adından, həm də Qoşulmama Hərəkatının sədri kimi çıxış edib. Dövlət başçısı bildirib ki, bu toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir. Prezident vurğulayıb ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Buna görə də dövlətlər, beynəlxalq təşkilatlar vahid mövqedən çıxış etməlidir ki,aparılan mübarizə də effektiv nəticə versin. Qeyd etmək lazımdır ki, rəsmi Bakı bu işdə həmişə aparıcı mövqe nümayiş etdirib. Qəbul edilən qərarlarda köməyə ehtiyacı olan dövlətlər, xalqlar, cəmiyyətlər də nəzərə alınıb. Baxmayaraq ki, daha böyük maliyə imkanları olan bəzi dövlətlər hələ də bu məsələdə passivlik nümayiş etdirirlər. Təhlillər göstərir ki, az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükü aşağı səviyyədədir.Buna görə də dünyada minlərlə insana ilkin tibbi yardım belə göstərilə bilinmir.
Ölkəmizdə peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlanılıb. Ən son məlumatlara görə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub.COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.Bu yardım keçən ildə göstərilib. Bununla yanaşı Rəsmi Bakı tərəfindən xarici ölkələrə də köməklik edilib. Prezident İlham Əliyev bildirib ki, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı edib. Bununla yanaşı, Azərbaycan 5 ölkəyə peyvənd ianəsi edib və bu iş davam etdirilir. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesinə başlanılıb. Lakin peynədlərin bölgüsü baxımından vəziyyətin istənilən səviyyədə olmaması mübarizə tədbirlərini yavaşladır. Bu yanaşma, düşüncə həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur. Unutmaq lazım deyil ki,pandemiya bir ölkənin, bir dövlətin, bir qitənin problemi deyil. Bu bütün dünyanın üzləşdiyi qlobal problemdir. Buna görə də mübarizə tədbirlərində aparıcı ölkələr Azərbaycan kimi mövqe nümayiş etdirməlidir. Yardıma ehtiyacı olan ölkələrə yardım əli uzadılmaldır. Peyvəndlər siyasi alver, təzyiq vasitəsinə çevrilməməlidir. Yalnız bu halda bəşəriyyət əvvəlki normal vəziyyətinə daha tez qayıda bilər.
Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin direktoru İbrahimova Ruhiyyə Telman qızı