Məlum olduğu kimi, 2021-ci il mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması" mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirilib. Dövlətimizin başçısı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin "Səhiyyə işçiləri ili" elan edilməsini təqdir etmiş və bu sahədə Azərbaycanda görülmüş içlər barədə dolğun məlumat vermişdir.
Azərbaycanda artıq 2 milyon doza peyvənd istifadə edilmişdir ki, bu da əhalinin 20 faizini təşkil edir. Pandemiyanın qarşısının alınması istiqamətində dövlət səviyyəsində ciddi, ardıcıl və müfəssəl tədbirlər həyata keçirilmiş, bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələr qəbul olunmuşdur. Nəticə göz qabağındadır: bu gün artıq yoluxma sayı sürətlə azalaraq 2 faizdən aşağı düşmüş, ölüm halları isə təkrəqəmli ədədlə ifadə olunur. Ona görə də karantin rejiminin tədricən yumşaldılması üçün münasib şərait yaranmışdır. Sakinlər artıq açıq havada maskasız hərəkət etmək və müvafiq tələblərə riayət etməklə metro və şəhərlərarası nəqliyyatdan istifadə etmək imkanı əldə etmişlər. Bir çox kütləvi tədbirlərin, o cümlədən toy şənliklərinin keçirilməsinə də icazə verilib.
“Biz birlikdə güclüyük” şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib. İnanırıq ki, bu çətinliklər arxada qalacaq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha gözəl günlər yaşayacaq.
Quliyev Yasin, 71 nömrəli orta məktəbin direktoru