Kreml Zelenskini öldürmək üçün... - The Times-dən şok iddia

Kreml Zelenskini öldürmək üçün... - The Times-dən şok iddia Kreml Ukrayna prezidenti Volodimir Zelenskini aradan götürmək üçün Kiyevə göndərdiyi 400-dən artıq rus muzdluya böyük miqdarda mükafat vəd edib.

“The Times” xəbər verir ki, həmin muzdlular hazırda Kiyev şəhərindədir.

Nəşr yazır ki, Kremlin göstərişi ilə 400-dən çox rus muzdlusu Kiyevdə fəaliyyət göstərir.

Onlara prezident Zelenskiyə, Nazirlər Kabinetinin üzvlərinə sui-qəsd etmək və şəhəri Moskvanın nəzarəti altına almaq üçün zəmin hazırlamaq tapşırılıb.

“The Times” onu da yazır ki, prezident Putinin ən yaxın müttəfiqlərindən birinin rəbərlik etdiyi “Vaqner” muzdlu hərbi birləşmənin döyüşçülərinin beş həftə əvvəl böyük maliyyə mükafatı müqabilində Zelenski hökumətinə qarşı sui-qəsdlər törətmək üçün göndərmişdi.

Oxşar xəbərlər