Qeyri-sabit hava neçə gün davam edəcək? - AÇIQLAMA

Qeyri-sabit hava neçə gün davam edəcək? - AÇIQLAMA “Azərbaycanın bəzi rayonlarda qarın yağması intensiv olacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Bakıda qarın hündürlüyü 5 sm çatıb. Respublika ərazisində əlverişsiz hava şəraiti gün ərzində davam edəcək.

U.Tağıyeva əlavə edib ki, yağıntı fevralın 25-i səhər saatlarından başlayaraq səngiyəcək və tədricən kəsəcək.

Oxşar xəbərlər