İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.
Bu barədə məlumatı “yeni sabah" yayıb. Bildirilib ki, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır.
O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.
Qeyd edək ki, V. Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir.