Ötən gün Bakıda cəzaçəkmə müəssisində hərbçi yoldaşı tərəfindən güllələnən əsgərin səhhəti barədə rəsmi açıqlama verilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Apa-ya açıqlamasında ötən gün qolundan yüngül güllə xəsarəti alan əsgərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib.
Qeyq edək ki, ötən gün Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. Hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.