Avropa üzləşdiyi böhranı aradan qaldırmaq üçün Azərbaycanla danışıqlara başlayıb

Avropa üzləşdiyi böhranı aradan qaldırmaq üçün Azərbaycanla danışıqlara başlayıb "Avropa İttifaqı diplomatiyanın uğursuz olduğu ssenariyə hazır olmalıdır. Rusiyanın mavi yanacağın tədarükünü azaldacağı və ya dayandıracağı təqdirdə Avropa İttifaqı ABŞ, Qətər və Azərbaycanla qaz tədarükü məsələsi ilə bağlı danışıqlar aparır".

“Bu barədə Aİ diplomatiyasının rəhbəri Cozef Borel öz bloqunda yazıb.

“Rusiya təbii qaz tədarükünü azaltmaq və ya dayandırmaq qərarına gəldiyi təqdirdə qaz tədarükünü etmək və böhranla üzləşməmək üçün biz bütün variantları və ssenariləri nəzərdən keçiririk. Bu məqsədlə biz ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla danışıqalar aparırıq”, - Borrell qeyd edib.

Siyasətçi hesab edir ki, Aİ diplomatiyanın iflasa uğradığı ssenariyə hazır olmalıdır.

Oxşar xəbərlər