
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.
“Görüşdə regional təhlükəsizlik məsələləri, regional əməkdaşlığın perspektivləri və Avropa İttifaqı ilə əlaqələr barədə danışdıq”, - o vurğulayıb.
Xatrırladaq ki, Avropa İttifaqının üç ölkəsinin - Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Cənubi Qafqaz turu çərçivəsində Bakıya gəliblər. Nazirlər Yerevan və Tbilisiyə də səfər edəcəklər.