MİLYONLARIN SEVGİSİNİ QAZANAN İNSAN- HACI ZEYNALABDİN TAĞIYEV

MİLYONLARIN SEVGİSİNİ QAZANAN  İNSAN- HACI ZEYNALABDİN TAĞIYEV Xalqın içindən çıxmışdı. Ən çətin günlər, illər keçirdi. Kasıblığın hər üzünü gördü. Sonradan varlansada gəldiyi həyatı, kim olduğunu heç vaxt unutmadı. Xalqı üçün çalışdı, qazandığı pulları xeyriyyə işlərinə xərclədi.Buna görədə aradan uzun zaman keçməsinə baxmayaraq hələdə ona olan münasibət dəyişməyib.

Prezident İlham Əliyev Yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı zamanı bildirib ki, bu əlamətdar hadisədir.Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir.Şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr verib.

Hacı Zeynalabdin Tağıyev çox kasıb ailədə böyümüşdü.Sərvətini öz zəhməti hesabına qazanmışdı.Məhz xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycan xalqının yaddaşında qaldı.

Tağıyevin fəaliyyətindən bəhs edərkən mütləq Bakıya təmiz içməli suyun gətirilməsi layihəsindən danışılmalıdır. Şollar su kəməri bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir.Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə edib.Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilib.Azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılıb. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir.Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılıb.Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini ödəyib.Belə gənclər sonradan dünyanın müxtəlif yerlərində uğurlar qazandılar.Onlar da sonradan Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilk yolunu davam etdirdilər.Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.

Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılıb.Bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.

Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır.Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb.Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib.

Müharibədən sonra yaradılan Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu isə Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir.Yığılan vəsaitlər hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin

direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər