Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında istirak edib.
Qeyd edim ki,heykəlin müəllifi Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur.
Bu abidənin açılması çox əlamətdar hadisədir. Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onlardan biri Bakı şəhərində əhalinin suya olan tələbatının ödəmək üçün çəkilmiş Şollar su kəməridir. Bu günə qədər Bakı sakinləri bu sudan istifadə edirlər. Bundan başqa Tağıyevin vəsaiti hesabına Bakıda teatr binası, qızlar məktəbi inşa edilmişdir. Bu məktəb müsəlman aləmində ilk dünyəvi məktəbdir.
Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. H.Z.Tağıyev Azərbaycan Xalq Cumhuriyyətinin dövründə onlarla gəncin xaricdə təhsil almasını öz üzərinə götürmüşdür. Onu da qeyd etməliyəm ki Hacının dəstəyi ilə təhsil alan gənclərin arasında Əziz Əliyev, Nəriman Nərimanov da olmuşdur. Həmin gənclər Azərbaycan tarixində xüsusi yeri olan tarixi şəxsiyyətlərdir. H.Z.Tağıyev kasıb bir ailədə doğulmuşdur, ancaq çox böyük ürəyə sahib olmuşdur və bunun nəticəsi idi ki o, sərvətinin böyük bir hissəsini xalqına sərf etmişdir. 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı işğal edəndə Tağıyevin bütün əmlakı müsadirə edilmişdir, yalnız Mərdəkandakı mülkü özünə qalmışdır və ömrünün qalan hissəsini burada yaşamışdşır. Xalqımız onun əziz xatirəsini hər zaman hörmətlə anır.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
tarix müəllimi Aludə Məmmədova