Azərbaycanda koronavirusa yoluxaraq körpəsini itirən hamilə qadınların sayı AÇIQLANDI

Azərbaycanda koronavirusa yoluxaraq körpəsini itirən hamilə qadınların sayı AÇIQLANDI Son bir ildə koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. 577 hamilə qadının vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb.

Bu barədə Ölkə üzrə koronavirusa yoluxan və vəziyyəti ağırlaşan hamilə qadınların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən vəfat edib.

Oxşar xəbərlər