"Qadının ayaqlarının arasında oturub poz verən kişi..." - Çimnaz Elnuru biabır etdi

Xarici görünüşü və sosial şəbəkədə etdiyi paylaşımlarla tez-tez gündəm olmağı bacaran aktrisa Çimnaz Sultanova yeni qalmaqalın əsasını qoyacaq paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Milli.az xəbər verir ki, Çimnaz stilist Elnur Həsənovun onun barəsində dediklərindən bərk hiddətlənib.

Aktrisa stilistin "Məncə, Çimnaz xanım erotik aktrisa olmaq, erotik səhnələrə çəkilmək istəyir. Amma Çimnaz xanım, bura Azərbaycandır. Əgər başqa formada aktrisalığınızı sınamaq istəyirsinizsə, Avropa ölkələrinə üz tutun" ifadələrinə onun fotosunu paylaşaraq, sərt reaksiyası ilə diqqət çəkib:

"Qadının ayaqlarının arasında oturub poz verən kişi..." - Çimnaz Elnuru biabır etdi


"Bir azərbaycanli "kişisi" olaraq, qadının ayaqlarının arasında oturub poz verib şekil çəkdirən görəsən nə demək istəyir? Yəqin Avropada erotik kinolarda rol almaq arzusundadır. Elnur bəy, xahiş edirem dilinizi, dodağınızı, ağzınızı 5 % perekslə yaxalayıb, dezinfeksiya edib, sonra adımı dilinizə gətirin. Gör mənə kim söz atır. Dəyərli vaxtımı sərf edib səhifənizə baxdım... Baxdım və şoka düşdüm. Azərbaycanın saf, təmiz gəlinlərimizi deyəsən Avropanın porno ulduzları ilə səhv salmısınız. Ürəyinizdən belə "gəlin" bəzəməkdən, erotik fotosessiya etdirib, makiyaja yox, sinə dekolteyə aksent vermək keçirsə, gedib Avropaya, erotik kinolarda çəkilən aktrisaları "bəzəməyiniz" məsləhətdir. Bura Azərbaycandır - Avropa deyil!

Özünüzə "peşəkar" vizajist deyib, makiyajda "konturing" edərkən "rastuşovkanı" etməyi də unutmayın, necə ki, ağzınızdan söz çıxarıb "rastamojkanı"...".

Oxşar xəbərlər