Azərbaycanlı qadın yazardan erotik şeir: Tələsmə, asta-asta… – FOTO

Azərbaycanlı qadın yazardan erotik şeir: Tələsmə, asta-asta… – FOTO Azərbaycanlı qadın şair Rəbiqə Nazimqızı sosial şəbəkə hesabından paylaşdığı erotik şeiri ilə diqqət mərkəzindədir.

Baku.ws xəbər verir ki, şair şeirini “Diqqət: 16+ (yaşı olmayanların və ağlı 16 yaşından sonra inkişaf etməyənlərin oxuması qadağandır)” şərhi ilə paylaşıb:

Mən səni istəyirəm.
Soruşma ki yəni nə.
Qucaqla sıx köksünə
Pıçıldayım səninəm.

Gülümsə, dodağından
Üzümə işıq düşsün.
Qaranlığın köynəyi
Yarıyadək sürüşsün

Saçımda parıldasın
Əllərinin sancağı
Tələsmə, asta-asta
Oyat bu utancağı…

Dadı başqadı başqa,
Çiyələk öpüşlərin.
Ah, məni asta-asta
Yeyəcək öpüşlərin

Düymələri sayıb aç,
Axırdan birinciyə
Aldat guya ömründə
Təkəm, həm birinciyəm

Azərbaycanlı qadın yazardan erotik şeir: Tələsmə, asta-asta… – FOTO

Oxşar xəbərlər