Bu il ən çox danışılanlar - SİYAHI/FOTO

Bu il ən çox danışılanlar - SİYAHI/FOTO 2021-ci il həm müsbət, həm də mənfi bir sıra mənfi hadisələrlə yadda qaldı.

2021-ci ildə Azərbaycanda vətəndaşlar tərəfindən ən çox müzakirə edilən hadisələrin siyahısını təqdim edirik:

Yanvarın 14-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun icraçı direktoru Vüqar Səfərlinin xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələrlə həbs edilməsi ilk məmur həbslərindən oldu.

Bu il ən çox danışılanlar - SİYAHI/FOTOBu il ən çox danışılanlar - SİYAHI/FOTO

Bu il ən çox danışılanlar - SİYAHI/FOTO


5 il (2013-2018) Əmək və Əhalinin sosial müdafiəsi naziri olmuş Səlim Müslümovun bu ilin 3 fevralında vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar külli miqdarda rüşvət alma maddələri ilə həbsi fəaliyyəti dövründə ondan narazı qalan vətəndaşların bir çoxunu sevindirən xəbər oldu.

Şübhəsiz ki, bu ilin ən çox yadda qalan və paylaşılan hadisələrindən biri də özünü bloger kimi təqdim edən reket jurnalist Ata Abdullayevin həbsi oldu. Bu ilin 12 martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan A.Abdullayev barəsində 2 gün sonra həbs qərarı verildi.

21 apreldə sabiq deputat Hüseynbala Mirələmovun əxlaqsız hərəkət etdiyi görüntülər də sosial şəbəkələrdə ən çox danışılan və tənqid edilənlərdən biri olmuşdu.
Aprel ayında sosial şəbəkədə Fuad Rəsulzadə adlı şəxsin Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Onun bu hərəkətindən sonra döyülməsi və şəhidin ailəsinin açıqlamaları da gündəm olmuşdu. Sosial şəbəkə istifadəçiləri F.Rəsulzadənin “Xudayar çoxdandır təzə mahnı buraxmır” sözlərinə ciddi irad bildirərək bunu şəhidimizə qarşı təhqir hesab etmişdilər.
Mayın 30-da Sabunçu Rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı öldürməsi də çox müzkirə olunmuşdu.
Bodibilder, döyüş sənəti ustası, məşhur filmləri ilə dünya ulduzu olan Jan-Klod Van Dammın oğlu VanKristopher Van Varenberqin iyun ayında azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə həyatı qurması, sözsüz ki, həm ən çox müzakirə edilən, həm də ən pozitiv hadisələrdən biri idi. Cütlüyün “Tiktok”da tanış olub İstanbulda evlənməsi, Van Dammın gəlini ilə rəqsi, onların ailə fotoları ən xırda detalına qədər soaial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edildi.
İyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun şəhid olması, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin vəfatı da növbəti acı xəbər oldu.
İyulun 4-də axşam saatlarında Xəzər dənizində baş verən partlayış da günlərlə müzakirə edildi. Vətəndaşlar bunun hansısa bədbəxt hadisə olduğunu iddia etsələr də, partlayışın palçıq vulkanından qaynaqlandığı üzə çıxdı. Fövqəladə Hallar Nazirliyinin ərazidən görüntüləri palaşması ilə müzakirələrə son qoyuldu.
İyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi də cəmiyyətin ən çox diqqətini çəkən hadisələrdən biri oldu.
Hadisədən bir neçə gün sonra E.Səlimovun deputat toxunulmazlığına xitam verildi və o həbs olundu.
Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlamovun Alim Qasımovun evindən oğurluq edərək həbs olunması da vətəndaşlar tərəfindən böyük maraqla qarşılanmışdı.
Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq əvvəlcə körpənin bir neçə gün sonra anasının ölməsi də vətəndaşlarımızın ürəyini ağrıtdı.
A.Niftəliyevanın ailəsi qızlarının və nəvələrinin kürəkən Rəhman Niftəliyev tərəfindən öldüyünü iddia etsə də, qarşı tərəf iddiaları təkzib etmişdi. Ölən qadının daha əvvəllər şiddətə məruz qalmasına görə A.Niftəliyevanın ailəsi tənqid hədəfinə tuş gəlmişdi.
Bu ilin sentyabrında müğənni Elza Seyidcahanın "ELİT SRC GROUP” MMC-nin təsisçisi və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edən Rüstəm Kərimzadə tərəfindən döyülməsi xəbəri də ən çox danışılanlardan olmuşdu.
8 sentyabrda vaxtilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin koronavirusdan ölməsi də, müzakirələr arasında idi.
Bu ilin sentyabrında Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində iki azyaşlı övladının gözü qarşısında həyat yoldaşı Xanım Məmmədovanı güllələməsi birmənalı qarşılanmamışdı. Uzun müddət şiddət gördüyü ərindən xilas olmaq üçün polisə şikayət etməyə gedən qadının şöbədə güllələnməsi ajiotaj yaratmışdı.
Sentyabrın 30-da deputat vəsiqəsini girov qoyması ilə yaddalarda qalan, qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətdiyinə görə həbs edilən sabiq deputat Rafael Cəbrayılovun vəfatı da ilin danışılan hadisələri sırasında yer aldı.
13 oktyabrda 19 yaşlı Mahmud Əzizovun sükan arxasında yuxuya getməsi və 171 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən avtobusa çırpılması nəticəsində 5 nəfərin ölümü, 21 nəfərin yaralanması da sosial şəbəkə istifadəçilərinin gündəminə çevrilmişdi.
26 oktyabrda Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi günü Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın AZAL prezidenti Cahangir Əsgərovla zarafatı da böyük maraqla qarşılanmışdı.
Rəcəb Tayyib Ərdoğanın C.Əagərovun bığının olmadığını demiş, Prezident İlham Əliyev isə gülərək, “bığı tökülüb”,- deyə cavab vermişdi. C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi. AZAL prezidenti R.T.Ərdoğana söz verdiyi kimi bığ saxlaması ilə növbəti dəfə gündəmə gəlmişdi.

Bu ilin oktyabrdında 11 yaşlı qızın dünyaya uşaq gətirməsi ilin ən qalmaqallı hadisəsi oldu. Daha sonra körpəsi ölən uşağın atalığı təqsirli bilinərək həbs olundu.

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbçisinin şəhid olması, 10 nəfər hərbi qulluqçunun yaralanması ən üzücü hadisələrdən biri oldu.
30 noyabrda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olması, 2 nəfərin yaralanması xalqımız üçün növbəti üzücü xəbər oldu.
Müğənni Elnarə Xəlilovanın Dövlət Sərhəd Xidmətində işləyən həyat yoldaşı mayor Rövşən Cahangirovun helikopter qəzasında şəhid olan hərbçilərlə vida mərasiminə gedən jurnalistə hücum etməsi və daha sonra töhmət alması da müzakirə və tənqid olunmuşdu.

Oxşar xəbərlər