“Qarabağ”ın Marseldə keçirəcəyi oyunun başlanma saatı bilindi

“Qarabağ”ın Marseldə keçirəcəyi oyunun başlanma saatı bilindi “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” komandasına qarşı keçirəcəyi oyunların başlama vaxtı bəlli olub.

Fevralın 17-də Marsel şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 21:45-ə təyin olunub.

Qeyd edək ki, Marseldəki qarşılaşma 67 394 tamaşaçı tutumuna malik “Stad Velodrom” arenasında keçiriləcək.

Oxşar xəbərlər