"Qarabağ" - BATE matçının hakimləri açıqlandı

"Qarabağ" klubunun Çempionlar Liqasında Belarus BATE-si ilə keçirəcəyi III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
Avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma isveçli hakimlər briqadasına tapşırılıb. Baş hakim Andreas Ekberqə Mehmet Kulum və Stefan Hallberq yan xətt, Kristofer Karlsson dördüncü hakim kimi kömək edəcək. Avstriyalı Robert Sedlaçek hakim-inspektor, qazaxıstanlı Oljas Abrayev UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 21:00-da başlanacaq.

Oxşar xəbərlər