Səmanı fəth edən şəhid - VİDEO

Səmanı fəth edən şəhid - VİDEO Mayor Həsənov Elmir Mircəlil oğlu Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizdəndir.

Baku TV-nin çəkiliş qrupu Cəlilabadın Göytəpə şəhərində şəhid mayorun ata ocağında olub, ailəsi və yaxınları ilə həmsöhbət olub. Şəhidin atası Mircəlil Həsənov deyir ki, onun hər üç oğlu hərbçidir. Qardaşları da Elmir Həsənov kimi xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər.

Elmir Həsənovun xalası oğlu Qoşqar Məmmədov onun çox çalışqan və prinsipial insan olduğunu, eyni zamanda uşaqlıqdan məhz pilot olmaq arzusu ilə böyüdüyünü deyir. Eskadrilya komandiri olan şəhid mayor Elmir Həsənov 1988-ci il dekabrın 15-də Cəlilabadın Göytəpə şəhərində anadan olub. Aviasiya üzrə ali təhsil alan Elmir Həsənov 2015-ci ildən ömrünün son saniyəsinə qədər bu sahədə vətəninə xidmət edib. 44 günlük haqq savaşımızda qəhrəmancasına döyüşən E.Həsənov müharibədə iştirakına görə iki, ümumilikdə isə xidməti dövründə yeddi medalla təltif olunub.


Oxşar xəbərlər