30 ilə yaxın müddət ərzində Ermənistan məkrli siyasət həyata keçirir, Azərbaycan torpaqlarının 20 faiz ərazisini işğal altında saxlayırdı. Bir milyondan çox soydaşımız öz doğma yurdlarından didərgin salınmış, torpaqları əllərindən alınmışdı. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısa da, bu ədalətsizlik qarşısında susurdu. “Atəşkəs” sözünə məhəl qoymadan cəbhəyanı ərazilər düşmənlərin çoxsaylı atəş hücümuna məruz qalırdı.
Bu hücumlardan biri də 2020-ci ilin sentyabr ayının 27-də baş verdi. Gücümüzü, qüvvətimizi tanımayan düşmən yenidən məğlub olacağımızı düşündü. Lakin bir neçə saat içində yanıldığını gördü. Xüsusi döyüş hazırlığı keçmiş silahlı qüvvələrimiz düşmənin hücumunu dəf edir, onu geri çəkilməyə məcbur edirdi.
Müharibənun ilk günündən son gününə kimi Türkiyənin bizə göstərdiyi dəstəyi hər an hiss etdik. Bu dəstək bizə güc, qüvvət verdi. Bizi Qələbəyə ruhlandırdı.Türk qardaşlarımız azərbaycanlıların tək olmadıqlarını, hər zaman bizim yanımızda olacaqlarını göstərdilər .Zəfər yolunda birgə addımladıq.
Ulu Öndər Heydər Əliyev “Bir millət, iki dövlət” ifadəsini əbəs yerə işlətməmişdi. Türkiyənin hən siyasi, həm də mənəvi dəstəyini danmaq olmaz. Belə ki, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarmayınca Ermənistanla olan sərhədləri bağladı.
44 günlük Vətən müharibəsində Qələbə qazanmağımızda türk hərbi texnikalarının xüsusilə, pilotsuz uçuş aparatlarının (PUA) əvəzsiz rolu oldu. Düşmənin qorxulu röyasına çevrilən Bayraktar markalı PUA-lar düşmən mövqelərinə 100 faiz dəqiqliklə öldürücü zərbələr endirdi.
Türkiyənin dəstəyi yalnız döyüş vaxtı yox, Qələbədən sonra quruculuq və yenidənbərpa işlərində də özünü göstərir. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı daim davam edəcək və bütün ölkələrə örnək olacaqdır.
Allahverdiyeva Şura
80 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi