
Bunu Ermənistanın prezidenti Armen Sərkisyan rus mətbuatına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə yaxşı münasibətlər qurmaq gözəl olardı, amma bu, bir az çətindir: "Ermənistan cəmiyyəti gələcəkdə həssas suallar verə bilər”.
Sərkisyan qeyd edib ki, hər şey mümkündür: "Fransa və Almaniya bir əsr boyunca bir-biri ilə vuruşdular, lakin İkinci Dünya Müharibəsindən sonra hər şey dəyişdi".