Qaraxan Əkbəroğlu

Qaraxan Əkbəroğlu

Dünya Şair və Yazıçılar İttifaqı ilk dəfə 10 fevral 2018- ci ll tarixdə Avstriyada ilk təsis qurultayında təsis olunmuş, 02 mart 2018- ci ildə Avstriyada rəsmi qeydiyyatdan keçib və 07 matr 2018-ci il tarixindən rəsmi fəaliyyətə başlamışdır. İlk təsis qurultayında Dönya Şair və yazıçılar ittifaqının sədri Əczaçılar elmləri doktoru, şair Qaraxan Əkbəroğlu Yaqubov seçilmişdir. Şair Qaraxan Əkbəroğlu 01.12.1961- ci ildə Qərbi Azərbaycanın ( indiki Ermənistanın) Hamamlı rayonunun Qursalı kəndində anadan olub, orada da 1979- cu ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində davam etdirmişdir. Tələbəlik illərində dörd yeni ixtira edərək, Avstriyada Vyana Universitetində təhsilini davam etdirmişdir. Əczaçılıq elmləri doktoru Qaraxan Əkbəroğlu 2004- cü ildə bir beyin əməliyyati vaxtı klinik ölüm keçirdikdən sonra şeir də yazmağa başlamışdır. Onun 65 janrda seçilmiş şeirlər kitabı Nobel Sülh mükafatına təqdimm edilmişdir. Şair Qaraxan Əkbər oğlu bu günə kim 116 janrda 8 şeir kitabı və bir roman yazmışdır. O, şeiriyyata xalq ədəbiyyatında və ədəbiyyatda olmayan 52 jeni janrda şeirləri ilə gündəmə gəlmişdir. Qaraxan Əkbəroğlu həm də 6 dildə sərbəst danışır və onlarla bu dillərə yaxın olan dilləri də başa düşür. Elə bu titullarına görə də onu birinci qurultayada Dünya Şair və Yazıçılar İttifaqına yekdilliklə sədr seçiblər. Dünya Şair və Yazıçılar İttifaqı bütün dünyada yaşayan xalqların Şairlərinin, yazıçılarının və bütün yaradıcı adamlarının birliyi olaraq, Beynəlxalq təşkilatdır. İtifaqın əsas məqsədi bütün millətlər arasında dostluq yaradaraq, Dünyada sülhün bərqarar olunması üçün bütün Dünya ziyalılarını bir araya gətirməkdir. İttifaqa şair və yazıçılarla birgə bütün elm sahələrinin alimləri, mədəniyyət xadimləri, musiqiçiləri, bəstəkarları, bir sözlə xalqların bütün seçilmiş ziyalıları və yaradıcı insanları üzv ola bilərlər. İttifaqın Avstriyada yaradılmasının əsas səbəblərindən biri də Demokratik dəyərlərə qiymət verərək insanların sərbəst və azad fikir ifadə edə bilməsi və fəaliyyət göstərməsi üçündür, çünki Avstiya dünyada ən demokratik və hüquqi dövlətlərdən biridir. İttifaqin üzvləri ştatlı, ştatdan kənar və Fəxri üzvlər olaraq üc cür üzvlərə bölünür. İtifaqln ştatlı üzvləri dedikdə təşkilatın işində tam olaraq iştirak edən şəxslər başa düşülür. Ştatdan kənar üzvlər dedikdə yalnız yüksək üzvlük haqqı ödəməklə təşkilatın fəaliyyətinə dəstək olan şəxslər başa düşülür. Fəxri üzvlər dedikdə İttifaq qarşısında xüsusi xidmətləri olan şəxslər başa düşülür. İtifaqın nizamnaməsi www.worldpoet.at saytında vardır. İtifaqa üzv olmaq istəyənlər təşkilatin worldpoet @ eclipso.eu elektron ünvanına müraciət edə bilərlər. İttifaqın rəsmi syytında təşkilatın bank rikvizitlərində tutmuş başqa məlumatlar da vardır. İtifaq dünya ədbiyyatı və mədəniyyətinə göstərdiyi xüsusi xidmətlərə görə öz üzvlərini və digər səxsləri aşağıdakı adlarla təltif etmək hüququna malikdir. Fəxri professorlar; Xalq şairi; Xalqlar şairi; Xalq artisti; Xalq musiqiçisi; İlin yazıçısı; Fəxri fərmanlar; Qeyd olunan mükafatların nişan və diplom formasında tərtibatı. İtifaqın World adında jurnalı gələcəkdə hər ayda bir dəfə nəşr olunmağı nəzərdə tutulub. Jurnalın üzlüyü ingiliscə olsa da içində bütün dünya xalqlarının dillərində yeniliklər, o cümlədən elmi məqalələr, şeirlər, mədəniyyət xadimləri haqda məlumatlar yazılır və reklamlar da yerləsdirilir. Hər bir İttifaq üzvü öz maraqlı yazılarını və şəkillərini təskilatın elektron ünvanına göndərərək jurnalda yer ala bilərlər. Jurnal gələcəkdə 100000 tirajla nəzərdə tutularaq dünyanın bütün ölkələrinə yayımlanacaq. Dünyada xalqlar arasındakı dostluğu mıhkəmləndirmək və mədəniyətlərini bir- birinə tanıtmaq üçün təskilata üzv olan musiqi xadimlərinin baçqa xarici ölkələrdə konsertləri təşkil olunacaqdır. Həm də bu konsertlər və görüşlər İttifaqın jurnalında və gələcəkdə acılması nəzərdə tutulan öz televiziya kanalında da yazımlanacaqdır. Dünyanın bu ağır günündə tək siyasətçilər sülhü qoruya bilmir və ona görə də gəlin sülh naminə, dostluq naminə bu təskilatda birləşək ki, gələcəyimizi xobəxt qura bilək və uşaqlarımızı xoşbəxt görək. Xalqların sabahı ziyalıların əlindədir və onlara birlik və uğurlar arzulayırıq.

Qaraxan Əkbəroğlu

Oxşar xəbərlər