Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi «beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək» nəzərdə tutulur. Bəzi işğalçı dövlətlər təcavüzkarın ciddi məsuliyyətin daşımasına səbəb olacaq, sülh əleyhinə cinayət hesab edilən əməlləri həyata keçirərək, beynəlxalq hüquq normalarına əsasən başqa bir dövlətin ərazi bütövlüyünə və toxunulmazlığına qarşı təhdid və ya güc tətbiqinin qadağan edilməsinə baxmayaraq, beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, buna məhəl qoymamağa davam edir. Belə işğalçı dövlətlər arasında öndə olan Ermənistanın tarixən Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə daima zidd olub.
Münaqişələrin həllində beynəlxalq təşkilatlar əsas faktorlar kimi hər zaman iştiraklarını təmin edirlər. Beynəlxalq təşkilatlar münaqişələrin nizamlanmasını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aparırlar. Və bu münaqişədə də beynəlxalq təşkilatlar tərəfindən nizamlanma istiqaməti üzrə müvafiq addımlar atıldı. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdi. Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı Dağlıq Qarabağ bölgəsinin Azərbaycana aid olduğunu birmənalı şəkildə təsdiqləyən 1993-cü ildə 4 qətnamənin qəbul olunmasına, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasətinin pislənilməsinə və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunmasına baxmayaraq, danılmaz fakt olaraq Ermənistan tərəfindən bu tələblər yerinə yetirilmədi. 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev öz çıxışında da qeyd etdiyi kimi, hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi.
Tarixən sürdürülən Azərbaycana qarşı bu əsassız və haqsız münaqişə dövrü ərzində Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında
ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Ermənistan qeyd olunan bütün sənədləri ratifikasiya edib və onlara tərəf olduğu üçün, həmin sənədlərin müddəaları onun üçün məcburidir və onların əməl olunmasında məsuliyyət daşıyır. Amma buna baxmayaraq, beynəlxalq münasibətlərdə daima mövcud olan və son zamanlarda daha çox tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, təqribən 30 il müddət ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bilmişdi.
44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edildi. Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycana qarşı qərəzli mövqe tutan, ikili standartlar prinsipi ilə yanaşan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı - Qarabağı mənfur erməni işğalından azad etdi.
Müstəqil Azərbaycan beynəlxalq hüquq normalarına daim sadiq qalaraq, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Azad, güclü, müstəqil Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini heç vaxt əsirgəməyəcək.
Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı
Leyla Nəcəfova