Ermənistanın təcavüzü nəticəsində minlərlə azərbaycanlı ailənin beynəlxalq normalarla tanınmış mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bunu mövcud statistik rəqəmlər bir daha sübut edir: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.
Vətən müharibəsi dövründə də vurulan ziyanın miqdarı hədsiz artmışdır ki, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutulması nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan müxtəlif dağıntılar və insan tələfatı göz önündədir. Qeyd olunan bütün faktlar Ermənistan təcavüzü nəticəsində azərbaycanlıların əmlakdan məhrum edilməsi hallarının bariz nümunəsidir. Eyni zamanda, xüsusi vurğulanmalıdır ki, Ermənistan təcavüzü nəticəsində vətəndaşlarımızın pozulmuş mülkiyyət hüquqları 1950-ci il Konvensiyasının 8-ci maddəsinin də əhatə dairəsinə düşür. Şəxsi və ailə həyatına hörmət hüququnu tələb edən bu maddə şəxsin yaşayış sahəsinə də hörmət hüququnu tələb edir. Yaşayış sahəsini “fərdin şəxsi həyatını davam etdirdiyi yer” olaraq qiymətləndirən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) bir çox qərarlarında bu faktın şahidi oluruq. Misal üçün, Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərarı (2015) xüsusi vurğulamaq lazımdır. Burada ən vacib məqam ondan ibarətdir ki, BMT-nin və digər təşkilatların qətnamələrində “Ermənistan” əvəzinə “Erməni qoşunları” ifadəsini istifadə edərək məsuliyyətini inkar edən Ermənistan İHAM qərarında birbaşa adı çəkilən “Ermənistan” ifadəsi ilə artıq bu inkarın davam etdirilməsinə əsas tapmayacaqdır.
Mülkiyyət hüququ və mülkiyyət toxunulmazlığı pozulmuş şəxslərin hüquqları beynəlxalq standartlar çərçivəsində bərpa oluna bilər. Bununla bağlı, BMT-nin “Qaçqın və Məcburi Köçkünlər üçün Yaşayış Yeri və Əmlakının Restitusiyasına dair Prinsiplər”də nəzərdə tutulan standartlar xüsusi əhəmiyyət kəsb edir. Burada əks olunan yaşayış yeri və əmlakın restitusiyası hüququnun mahiyyətinə görə, dünyada mövcud olan bütün qaçqın və məcburi köçkünlər qeyri-qanuni yolla məhrum edilmiş yaşayış yeri, torpağı və əmlaklarının restitusiyası hüququna malikdirlər. Bu mümkün olmayan hallarda isə müstəqil və tərəfsiz məhkəmənin müəyyən etdiyi formada yaşayış yeri, torpaq və əmlakın əvəzi ödənilməlidir. Dövlətlər məcburi köçkünlüyün başa çatdırılması və ədalətli sülhə nail olunması istiqamətində restitusiyanı prioritet alət hesab etməlidirlər. Restitusiya hüququ bütün digər hüquqlardan fərqlidir və qaçqın və məcburi köçkünlərin geri qayıdıb, qayıtmamasından asılı olmayaraq onların yaşayış yeri, torpaq və əmlaka olan hüquqlarını təsdiq və təmin edir.
Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi
Gülnaz Rzayeva