Oktyabrın 2-də Prezident cənab İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Müsahibə zamanı müharibədən sonrakı Azərbaycanın qarşısında duran bir çox perspektiv məsələlərə, həmçinin Ermənistanla qarşılıqlı münasibətlərin tənzimlənməsi istiqamətində bir sıra suallara aydınlıq gətirilmişdir. Müasir dövlətlərarası münasibətlər, sülh və təhlükəsizliyin təmin olunması, silahlı münaqişələrin aradan qaldırılması, hərbi cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur. Ümumilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış Azərbaycanin ərazi bütövlüyünə yönəldilən hərbi təcavüzə qarşı mübarizə strategiyası bu gün prezident İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir.
Azərbaycan hökuməti beynəlxalq yardım təşəbbüslərini daim müsbət qarşılamışdır. Amma göstərilən yardımlar təbii ki obyektiv olmalı, balans gözlənilməlidir. Məsələn Avropa ittifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanmasını nəzərdə tutub. Amma müharibədən ziyan çəkmiş ölkə olaraq eyni şərtlərlə həmin həcmdə yardım Azərbaycan üçün də nəzərdə tutulmalıdır. Çünki tamamilə dağıdılmış ərazilərin, yüzlərlə şəhər və kəndlərin, yaşayış məntəqələrində tələbatların, infrastrukturun bərpa olunması külli miqdarda vəsait tələb edir və ümid edirik ki, Avropa ittifaqı bu problemlərin həlli üçün yardım məsələsinə biganə qalmayacaq. Həmçinin onuda vurğulamaq lazımdır ki, Avropa ittifaqı minaların təmizlənməsi və sərhədlərin müəyyənləşdirilməsi istiqamətində yardım göstərməyi təklif edib. Lakin mina xəritələrinin Azərbaycana verilməməsi Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutu olmaqla yanaşı bu prosesin həllində böyük problemlər yaradır. Bu problem tam öz həllini tapmadan mülki əhalinin azad olunan ərazilərə qayıtmasından danışa bilmərik. Bu məsələdə əsas rəqibimiz zamandır, çünki minatəmizləmə prosesində işin böyük bir hissəsini Azərbaycan hökuməti özü edir ki, bu da xeyli vaxt tələb edir. Amma ümid edirik ki, bütün bu qarşıda duran problemlərin öz həllini daha tez bir zamanda tapması üçün Avropa ittifaqı dürüst bir vasitəçi kimi öz iqtisadi dəstəyini bizə təklif edəcəkdir. Lakin qeyd etmək də lazımdır ki, Azərbaycan hökuməti təmizlənmiş ərazilərimizdə artıq yaşayışın bərpa olunması istiqamətində (elektrik enerjisi, su təchizatı, yolların çəkilməsi və s.) xeyli işlər görmüşdür. Bununla belə mülki əhalinin köçürülməsi ilə bağlı dəqiq vaxt söyləmək qeyri-realdır, təbii ki bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Ermənistanın Azərbaycanın erməni hərbi əsirlərin saxlanmasında davamlı ittiham edən yalan və iftira dolu iddiaları onların riyakarlığının, ikiüzlülüyünun bariz nümunəsidir. Azərbaycan beynəlxalq hüququn aliliyinə, məhbusların tutulması əməliyyatları, onlarla rəftara aid beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə riayət etməyə sadiqdir. Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi və həmçinin beynəlxalq konvensiyalara əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxmış və geri qaytarmışdır. Lakin döyüş əməliyyatları bitdikdən sonra Ermənistan ərazisindən 60 nəfərdən çox dəstə Azərbaycan ərazisinə daxil olaraq mülki şəxslərə və hərbi qulluqçulara qarşı terror hücumları həyata keçirərək beynəlxalq hüququn prinsiplərini pozmuşdur və Azərbaycan tərəfi haqlı
olaraq həmin şəxsləri qanuni əsasda həbsdə saxlayır. Amma 4 may 2021-ci ildə ölkəmiz humanitar addım ataraq saxlanılan şəxslərdən bir neçəsini Ermənistana qaytarmışdır. Ermənistanın davamlı şəkildə məsələni yanlış təqdim etdiyini nəzərə alaraq ölkəmiz saxlanılan şəxslərin şəraiti, onlarla rəftar ilə bağlı şəffaflığı təmin edərək araşdırmanı davam etdirir və bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır.
Azərbaycanla Ermənistan arasında siyasi güc balansı müqayisə olunmazdır. Əgər Ermənistan tərəfi bunu zamanında anlayıb sülh danışıqları ilə razılaşsa idi bu gün siyasi, iqtisadi , hərbi sahədə tənəzzülə uğramazdi. Danılmaz faktdır ki, istər müharibə dövründə, istərsə də müharibədən sonra Türkiyə Azərbaycana siyasi və mənəvi dəstəyini heç vaxt əsirgəmədi. Həmçinin müharibədən sonra Rusiyada regional inkişafda, sabitliyin qorunmasında çox mühüm rol oynayır. Türkiyə və Rusiya Azərbaycanın 2 qonşusu kimi regionda sabitlik, təhlükəsizlik və gələcək tərəqqi sahəsində çox mühüm rol oynayırlar. Ümid edirik ki, beynəlxalq ictimaiyyət də yaranmış bu yeni mənzərəni nəzərə alacaqdır.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Fəridə Seyidbəyli