Azərbaycanda bu avtomobillərin icbari sığortası dayandırılıb - SİYAHI

Azərbaycanda bu avtomobillərin icbari sığortası dayandırılıb - SİYAHI Azərbaycanda əksər sığorta şirkətləri bir sıra model avtomobilləri icbari sığortalamağı dayandırıb.

Bunu sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov açıqlamasında deyib. Onun sözlərinə görə, icabri sığorta məcburi olduğundan bu maşınları qanuna əsasən sığorta agentləri sığorta etməlidir:

“İyulun 1-dən “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik edilib. Dəyişiklik sığorta agentlərinin sığortaçıda (sığorta şirkətində) vəzifə tutmasını qadağan edir. Yəni qanun sığorta agentlərinin müstəqilliyini tanıyır və ancaq onların sığorta edəcəklərini deyir. İcabri sığorta məcburi olduğundan demək bu maşınları qanuna əsasən sığorta agentləri sığorta etməlidir. İcbari olduğundan İcbari Sığorta Bürosu və Nəzarətedici (Mərkəzi Bank) işə qarışmalıdır. Burada bəzi sığorta agentlərinin hüququ pozulur”.

Ekspert bildirir ki, sığorta şirkətləri bəzi sığorta agentləri ilə işlədiyindən həmin avtomobilləri müəyyən olunmuş lisenziyalı agentlərə ötürür.

Siyahı aşağıda qeyd edilib:

- Azsamand/ Bütün modellər
- Khazar/Bütün modellər
- Daewo/BS090 avtobus, Gentra,
- Damas Yük
- Qoşqu və yarımqoşqular/bütün növ
- Fiat/Albea
- Hyundai/Country avtobus
- İsuzu/Ecobus, SAZ NP 37 avtobus
- Kia/Forte
- London Taksi/Bütün modellər
- MG/bütün modellər
- Ravon/Bütün modellər
- Renault/Megane, Tondar
- Saipa/Bütün modellər
- ZAZ
- GELLY
- Baic
- Dong Feng
- Tofaş
- Changan
- Renault
- Toyota Prius
- Chevrolet Cruze 2016-dək
- Toyoto Prius 2016-dək
- Ford Fusion 2016-dək
- Kia Rio 2016-dək
- BMW 3-cü seriya 2001-dək
- Mercedes Benz C Class 2001-dək
- Mercedes Benz 190
- Opel Astra
- Opel Vectra
- Saipa
- Daewoo Nexia və Gentra
- İran Khodro
- London Taksi
- Lada (Vesta, Granta, Largus, Xray istisna olmaqla)

“Şirkətlər bunu həmin modellərin taksi olaraq daha çox işlədilməsi və daha çox zərər görməsi ilə izah edir. Hesab edirəm ki, bütün bu yolların həlli icbari sığorta haqlarının qaldırılmasıdır”, deyə ekspert əlavə edib.

Oxşar xəbərlər