Pakistan bir nəfər də olsun Əfqan qaçqın qəbul etməyib

Pakistan bir nəfər də olsun Əfqan qaçqın qəbul etməyib Pakistanın Daxili işlər naziri Şeyx Rəşid Əhməd bəyan edib ki, ölkəsi bir nəfər də olsun Əfqan qaçqın qəbul etməyib.

Bu barədə “Geo TV” məlumat yayıb.

Biz Əfqanıstandan böyük köç axınını gözləyirdik, amma bir nəfər olsun belə qaçqın qismində Pakistana gəlməyib - nazir qeyd edib.

Onun sözlərinə görə, heç kimə qaçqın statusu verilməyib.

Pakistanlı nazir onu da əlavə edib ki, Çaman sərhəd keçid məntəqəsindən gündə xeyli sayda insan Əfqanıstandan Pakistana gəlir və sonra da geri dönür: “Bu da çox normal haldır”.
Bununla belə nazir onu onu da əlavə edib ki, Əfqanıstandan gələn qaçqınlara yardım etməyə hazırdır. “Əfqanıstandan gələn istənilən şəxsə 21 gün ərzində tranzit viza veriləcək”- o bildirib.

Oxşar xəbərlər